Milli Məclisin buraxılmasına dəstək vermişəm - Oqtay Əsədov
- 29-11-2019, 13:58
- 1 381
Bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov bildirib:
Mən də bu məsələyə dəstək vermişəm. Dekabrın 2-də gündəlikdə bir məsələ olacaq və bununla bağlı plenar iclas keçiriləcək.
Spikerin sözlərinə görə, qanunverici orqanın buraxılması barədə məsələ bütün deputatlara aiddir.
Bu hər kəsə aiddir, həm siyasi partiyaların üzvlərinə, həm də bitərəf olanlara, - deyə O.Əsədov bildirib.
Qeyd edək ki, ötən gün hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçirilib. İclasda verilən qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.