Birinci vitse-prezident 8-ci Moskva Beynəlxalq Müasir İncəsənət Bienallesi ilə tanış olub - FOTO
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfəri çərçivəsində Dövlət Tretyakov Qalereyasında olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva hazırda davam edən 8-ci Moskva Beynəlxalq Müasir İncəsənət Bienallesi ilə tanış olublar.
Birinci vitse-prezident Mehriban Əliyevanı Dövlət Tretyakov Qalereyasının direktoru Zelfira Trequlova və Moskva Beynəlxalq Müasir İncəsənət Biennalesinin kuratoru Yuliya Muzıkantskaya qarşıladılar.
Tretyakov Qalereyasının direktoru Zelfira Trequlova Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya qalereyada davam edən 8-ci Beynəlxalq Müasir İncəsənət Biennalesi haqqında məlumat verdi.
Biennaledə Rusiya, Avstriya, Bəhreyn, Almaniya, Səudiyyə Ərəbistanı, İtaliya, Almaniya, Çin, Niderland, ABŞ, Fransa rəssamları iştirak edirlər. Biennalenin əsas layihəsinin kuratoru Moskvadakı “Federasiya” və “Moskva-Siti” komplekslərinin müəllifi Dmitri Çernyakovdur. Müəllif bir neçə pavilyonda müxtəlif mövzu və janrları kiçik kapsullarda və evlərdə ümumi dialoqda birləşdirib. Bütün bu müxtəlifliyi bir-biri ilə uzlaşdırmaq asan olmadığından sərgi “Məkan oriyentasiyası” adlandırılıb. “Məkan oriyentasiyası” mövzusuna həsr olunan Müasir İncəsənət Biennalesində 11 ölkədən 34 rəssamın 50-dən çox əsəri nümayiş etdirilir.
Birinci vitse-prezident Mehriban Əliyeva ekspozisiyada Azərbaycan rəssamları Orxan Məmmədovun “Estetikanın saxlanması ideyası” və Leyla Əliyevanın “Əbədiyyət” multimedia installyasiyaları ilə tanış oldu.
Orxan Məmmədovun təqdim etdiyi installyasiyada müxtəlif dövrlərə aid 50-dən çox Azərbaycan xalçasının naxışları toplanıb. Rəssamın süni intellektdən istifadə edərək hazırladığı art-obyektdə naxışlar bir-birini əvəzləyir.
Leyla Əliyevanın rəhbərliyi ilə 20 nəfərdən ibarət yaradıcı kollektivin videoart janrında hazırladığı “Əbədiyyət” əsərində insan cəsarətindən söhbət açılır.
Qeyd olundu ki, Moskva Biennalesinin tərəfdaşı dünyanın ən sanballı qrafik əsərlər toplusu olan Avstriyanın məşhur Albertina muzeyidir. Sərgidə XX əsrin 11 məşhur rəssamının muzeydə saxlanılan əsərləri ümumi mədəni məkanda nümayiş etdirilir.


















Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...