Lalə Şövkət BÖYÜK BARIŞIQ PLANI hazırladı - Eks-dövlət katibindən yeni siyasi gediş
Keçmiş dövlət katibi, Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət Hacıyeva uzun müddətdir ki, ictimaiyyət arasında görünmür.
Onun sabiq prezident Ayaz Mütəllibovun xanımının dəfn mərasimində iştirak etməməsi də nəzərdən qaçmadı. Lalə xanımın xeyli zamandır ki, mediadan uzaq olmasının əsas səbəbi nədir? Qarşıda nə kimi planları var? Olmaya xanım siyasətçi siyasi karyerasını bitirib?
Bu barədə Modern.az-a Lalə Şövkətin yaxın silahdaşı, ALP sədri Əvəz Temirxan danışıb.
Əvəz Temirxan bildirib ki, Lalə Şövkətin siyasi taktikası mətbuatsız işləməkdir və hazırda onun böyük planı var.
“Mətbuata böyük hörməti olsa da, o media ilə işləmir. Lalə Şövkət başda olmaqla Liberal Partiyada tarixdə görünməmiş böyük bir siyasi barışıq planı hazırlanıb. Bunun həyata keçməsi üçün ilk növbədə iqtidarın xoş məramı lazımdır. Bu isə çox təssüf olsun ki, Azərbaycanda yoxdur.
Həqiqətən də Lalə Şövkət bütün Azərbaycanı barışdırmaq, birləşdirmək barədə böyük plan hazırlayıb. Lakin iqtidarın içərisində bəzi qüvvələr var ki, bu planın baş tutmasını istəmir.
Onu da qeyd edim ki, bu plan Azərbaycanı öz miqyasına görə dünyada birinci ölkə edə bilər. Lalə xanımda bu fikir siyasətə gələndən var. Hətta dövlət katibiykən 1993-cü ildə yenicə ölkə rəhbəri seçilmiş Heydər Əliyevə təklif etmişdi ki, onun prezident kimi andiçmə mərasimində Ayaz Mütəllibovla Elçibəy də iştirak etsin. Bununla o istəyirdi ki, Heydər Əliyevlə onların hər biri eyni sırada otursun və bütünlüklə hamı görsün ki, Azərbaycan xalqı birdir. Lakin təssüf ki, o zaman bu niyyətini gerçəkləşdirə bilmədi”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...