Prezident Əflatun Amaşova medal verdi
Prezident İlham Əliyev Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşovu da təltif edib
Prezidentin sərəncamına əsasən, Ə.Amaşov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.
Məsələ ilə bağlı açıqlama verən Əflatun Amaşov İlham Əliyevə təşəkkür edib.
O, bu medalın əhəmiyyətini ifadə etməyin çətin olduğunu deyib: “Amma onunla təltif olunmaq qürurvericidir. Belə bir qürurlu anı yaşamaq, düşünürəm ki, həm də böyük xoşbəxtlikdir. Bəli, biz xoşbəxtik ki, dövlətimiz var. Cənab İlham Əliyevin Sərəncamı xoşbəxtliyi xalqımız üçün dəyərə çevirən tarixi sənəddir.
Üzərindən illər, əsrlər keçəcək, tarixdə bu sənəd qalacaq. Bir daha ölkə başçısına mənə tarixi yaşantının bir parçasında yer verdiyi üçün dərin təşəkkürümü bildirirəm”.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək