SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » ““Qarabağ klanı” daxilində ciddi ixtilaflar var” – Ramiz Mehdiyev

““Qarabağ klanı” daxilində ciddi ixtilaflar var” – Ramiz Mehdiyev

Tarix:

4-06-2019, 09:30

/ 889 dəfə oxundu.
““Qarabağ klanı” daxilində ciddi ixtilaflar var” – Ramiz Mehdiyev

“Hazırda Ermənistanda baş verən hadisələr Yerevanda indiki hakimiyyətlə “Qarabağ klanı” deyilən dəstənin nümayəndələri arasında ciddi ixtilafların olduğunu təsdiq edir və təəssüf ki, danışıqlar prosesinə də mənfi təsir göstərir”.
“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” adlı məqaləsində yazıb. R. Mehdiyev qeyd edib ki, görünür, ErmənistanAzərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesi kontekstində Paşinyan hökumətinin qarşısında duran ən mürəkkəb məsələlərdən biri Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimlə Ermənistan arasındakı bütün qarşılıqlı münasibətlər sisteminin əsaslı şəkildə yenidən nəzərdən keçirilməsidir.

Nəzərə almaq lazımdır ki, Ermənistanın sabiq prezidentləri R.Koçaryandan və S.Sarkisyandan fərqli olaraq, N.Paşinyan əslən Dağlıq Qarabağdan deyil və görünür, bu gün onun həm işğal edilmiş ərazilərin geri qaytarılmasına, həm də Dağlıq Qarabağın gələcək statusuna dair qərarların birtərəfli qaydada qəbul edilməsi üçün yetərincə siyasi nüfuzu yoxdur.

R. Mehdiyev məqaləsində qeyd edib ki, bundan əlavə, hətta rusiyalı ekspert Sergey Markov hesab edir ki, N.Paşinyan “sülh prosesində irəliləməyi çox istəyir, lakin şəxsən öz vəziyyətinə görə qorxur. Odur ki, Bakı ilə gələcək kompromisə görə məsuliyyəti öz üzərindən ataraq, bu qeyri-populyar qərarı bir növ Qarabağın erməni əhalisinin özünün üzərinə qoymağa meyillidir”

“Ola bilsin, N.Paşinyan məhz buna görə separatçı rejimin nümayəndələrinin danışıqlar prosesində iştirakı məsələsini daim qaldırır, çünki bu gün Ermənistanda Respublika Partiyası, “Daşnaksütyun Erməni İnqilabi Federasiyası”, “Sasna srer” nümayəndələrinin simasında əsas müxalif qüvvələr, eləcə də qondarma “DQR”in indiki “rəhbərləri” bu fikri dəstəkləyirlər. Özü də erməni tərəfi Dağlıq Qarabağın Azərbaycan icmasının hüquqlarına etinasız yanaşır, icmalararası danışıqlar formatına qarşı qətiyyətlə çıxış edir və hesab edir ki, Arsax əhalisinin və oradan didərgin salınmış azərbaycanlıların siyasi hüquqları bərabər tutula bilməz.

Son görüşlər barəsində müəyyən qədər nikbin olsam da, hər halda bunu vurğulamağa məcburam ki, danışıqlar prosesinin indiki mərhələsi asan olmayacaq.

Ermənistanın rəsmi şəxslərinin bir-birinə zidd bəyanatları, o cümlədən həmin ölkənin müdafiə naziri D.Tonayanın məsuliyyətsiz bəyanatı bunu təsdiq edir. O, martın 29- da Nyu-Yorkda ABŞ-ın erməni icmasının nümayəndələri ilə görüş zamanı bildirib ki, “sülh müqabilində ərazilər” formulunu “yeni müharibə - yeni ərazilər” formulu ilə əvəz edir”.

R. Mehdiyev düşünür ki, bu mürəkkəb dövrdə erməni cəmiyyətinə, sadəcə, növbəti rəhbər deyil, məhz dövlət xadimi lazımdır: “N.Paşinyana gəlincə, “Ermənistanın tarixində “müsbət dəyişikliklərə imza atan milli lider” kimi qalması üçün onun yalnız bir variantı var: Qarabağ münaqişəsini həll etmək”. Paşinyan “erməni cəmiyyətinin siyasi elitanın şıltaqlığından”, “davam edən Qarabağ müharibəsindən”, “iqtisadi problemlərdən, yoxsulluqdan və islahatların keçirilməməsindən yorulduğunu” etiraf etsə, belə lider ola bilər.

Ən başlıcası N.Paşinyan açıq etiraf etməli və erməni cəmiyyətinə izah etməlidir ki, Ermənistanın bugünkü problemlərinin və onun inkişaf perspektivlərinin olmamasının əsasında həllini tapmamış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi durur. Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qeyri-qanuni kriminal rejim də bu münaqişənin birbaşa nəticəsidir.

Bu gün məhz bu rejim və onun başlıca himayədarları R.Koçaryan və S.Sarkisyan münaqişənin nizamlanması yolunda başlıca maneədir.

Ümid edək ki, Ermənistanın yeni rəhbərliyi, nəhayət, bu faktı dərk edəcək və Ermənistanın birinci prezidentinin acı təcrübəsini nəzərə alaraq, çoxdan gözlənilən sülhü əldə etmək istiqamətində əməli addımlar atacaq”.

Şərhlər

XƏBƏR LENTİ