SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Pənah Hüseyn blok yaradıb seçkilərə hazırlaşır

Pənah Hüseyn blok yaradıb seçkilərə hazırlaşır

Tarix:

15-05-2019, 08:36

/ 806 dəfə oxundu.
Pənah Hüseyn blok yaradıb seçkilərə hazırlaşır

AXP sədri Siyasi Şuranın Xalq Seçki Bloku haqda qərarını açıqladı: “Köklü demokratik islahatlara ehtiyac var”
Azərbaycan Xalq Partiyası (AXP) Siyasi Şuranın Xalq Seçki Bloku haqqında qərarını açıqlayıb. “Yeni Müsavat” xəbər verir ki, bu barədə AXP sədri Pənah Hüseyn facebook hesabında məlumat yayıb.

AXP rəhbərliyi və fəallarının 11-12 mart toplantısının tövsiyəsini müzakirə edərək AXP Siyasi Şurası qərara alıb ki, Xalq Seçki Blokunun yaradılması məqsədəuyğun sayılsın.

Xalq Seçki Bloku 2019 və sonrakı yerli özünüidarə, qanunvericilik və prezident seçkilərinə hazırlığı nəzərdə tutur. Lakin indiki mərhələdə ilk növbədə kütlələrin siyasi cəhətdən təşkilatlanması səviyyəsinin artırılması və fəallığının yüksəldilməsi məqsədilə yaradılır.

Xalq Seçki Bloku ideyası siyasi iqtidarın saxlandığı şəraitdə keçiriləcək seçkilərdə mütləq iştirakını nəzərdə tutmur. İştirak məsələsinə dair konkret qərar seçkiqabağı vəziyyət dəyərləndirilərək qəbul ediləcək.

Xalq Seçki Bloku seçkidə iştirak məsələsini həll edərkən seçki islahatlarının aparılıb-aparılmamasını əsas götürəcək.

Bu məsələ ilə bağlı “Yeni Müsavat”a danışan AXP sədri Pənah Hüseyn qeyd etdi ki, Xalq Seçki Bloku seçkilərdə iştirak yox, hazırlıq barədə qərarlıdır. P.Hüseynin sözlərinə görə, bu addım siyasi təşkilatlanmanın formalarından biridir: “Hər bir halda, seçkilərdə iştirak haqda seçki ərəfəsində vəziyyət dəyərləndirilərək qərar veriləcək. Bunu da aydın şəkildə ifadə eləmişik. Azərbaycanda hazırda demokratik seçki mühiti yoxdur və köklü demokratik islahatlara ehtiyac var”.

P.Hüseyn bu il parlament seçkiləri keçiriləcəyi ilə bağlı deyilənlərdən məlumatsız olduğunu bildirdi: “Azərbaycanda siyasi islahatlara ehtiyac var. Bunun da ən mühüm tərkib hissəsi parlament seçkilərinin keçirilməsidir ki, effektiv rol oynaya bilər”.

Qeyd edək ki, bu ilin payızında Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcəyi barədə məlumatlar yayılır. Hakim partiya rəsmiləri isə iddiaları təkzib edir. Bu il bələdiyyə seçkiləri keçiriləcək.

“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ