XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » Əliyev Parisdə belə qarşılandı - Fotolar

Əliyev Parisdə belə qarşılandı - Fotolar

Əliyev Parisdə belə qarşılandı - Fotolar
14-03-2017, 16:29

Martın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Parisdə rəsmi qarşılanma mərasimi olub.

İlham Əliyev Parisin Veteranlar meydanında yerləşən Ordu Muzeyinə gəlib.

Dövlət başçısını Fransanın kənd təsərrüfatı naziri, hökumətin sözçüsü Stefan Lö Fol qarşılayıb. Ordu Muzeyinin yerləşdiyi Veteranlar meydanında Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.


Azərbaycanın və Fransanın dövlət himnləri səslənib. Prezident fəxri qarovul dəstəsinin qarşısından keçib. Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verib.

Fransanın kənd təsərrüfatı naziri, hökumətin sözçüsü Stefan Lö Fol Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Əliyev Parisdə belə qarşılandı - Fotolar
Əliyev Parisdə belə qarşılandı - Fotolar
Əliyev Parisdə belə qarşılandı - Fotolar

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.