İlham Əliyev Paşinyanla görüşündən danışdı: "Məsələnin mahiyyəti üzrə danışıqlar prosesinə start verilib”
Ermənistanla danışıqlar prosesinin formatı dəyişməz olaraq qalır, danışıqlarda irəliləyiş var.
Bunu TASS-a müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Danışıqlar prosesi humanitar aksiyalarla dəstəklənməlidir. Vacib odur ki, danışıqların formatı dəyişməz qalıb, danışıqlar uzun illər ərzində olduğu kimi, Ermənistanla Azərbaycan arasında aparılır, - prezident deyib. – Danışıqlar prosesinə yeni impuls verilib. Biz ATƏT-in Minsk qrupunun həmsədrlərinin danışıqların formatının yalnız hər iki tərəfin razılığı ilə dəyişdirilə biləcəyi barədə 9 mart bəyanatını çox müsbət qiymətləndirdik”.
Əliyev bildirib ki, danışıqlar konstruktiv şəraitdə keçib. “Danışıqları müsbət qiymətləndiririk. Bu, uzun fasilədən sonra Azərbaycan və Ermənistan rəhbərliyinin ilk rəsmi görüşüdür, əvvəlki görüşlər daha çox tanışlıq xarakteri daşıyırdı və beynəlxalq tədbirlər çərçivəsində baş tuturdu, - o qeyd edib. – XİN başçıları bir neçə dəfə danışıqlar aparıblar. Görüş ona görə əhəmiyyətli idi ki, məsələnin mahiyyəti üzrə danışıqlar prosesinə start verilib”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək