Əliyevlə Paşinyanın ilk rəsmi görüşü başladı - Video
Vyanada Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüş başlayıb.
Görüşdə Azərbaycan və Ermənistan XİN rəhbərləri, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri iştirak edirlər.
“Bristol” otelində baş tutan görüşün təqribən 2 saat davam edəcəyi gözlənilir.
Qeyd edək ki, İlham Əliyevlə Nikol Paşinyan arasında üç dəfə qeyri-rəsmi görüş olub. Bunlardan biri Moskvada, digəri Düşənbədə keçirilən MDB ölkələri başçılarının sammiti çərçivəsində, sonuncusu isə İsveçrədəki Davos forumu zamanı baş tutub.
***
Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” səhifəsində görüşdən fotolar paylaşaraq bildirib ki, Azərbaycan münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktına və beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə mövcud format əsasında həllini dəstəkləyir.
***
Azərbaycan Prezidentinin Ermənistan baş naziri ilə geniş tərkibdə görüşü bitdi. Liderlər təkbətək görüşə başladılar.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək