“Ümid edirik ki, Əli İnsanov, Taleh Bağırzadə də əfv olunar”
“Biz 30 ildir ki siyasi məhbus məsələsi ilə məşğuluq. Bu müddət ərzində bizim siyahıdan müxtəlif illərdə 716, 300, 150 nəfər də azadlığa çıxıb”.
Bunu hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”ın canlı efirində çıxış edərkən deyib.
O bildirib ki, bu gün Qarabağ məsələsi qabaqda ola-ola Avropa Şurasından siyasi məhbus məsələsi ilə bağlı gələn sözləri qəbul edə bilmirik: “Ona görə də Azərbaycanda siyasi məhbus məsələsi ortadan qalxsın deyə, ölkə başçısına da məktub yazmışıq. Əfv Komissiyasına da siyahı vermişik. Dilimizin uzun olması üçün siyasi məhbus məsələsi qurtarmalıdır”.
N. Cəfəroğlu qeyd edib ki, siyahılarında jurnalistlər, bloggerlər, nidaçıların adları var: “Həmçinin Nardaran hadisələrində tutulanların da adları var. Biz ümid edirik ki, bu dəfə Əli İnsanov, Taleh Bağırzadə kimi şəxslər də azadlığa çıxa bilər”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək