SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Novruz Məmmədovun səlahiyyətləri artırıldı - Prezidentdən FƏRMAN

Novruz Məmmədovun səlahiyyətləri artırıldı - Prezidentdən FƏRMAN

Tarix:

28-08-2018, 15:06

/ 1 480 dəfə oxundu.
Novruz Məmmədovun səlahiyyətləri artırıldı - Prezidentdən FƏRMAN

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1197-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.
Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; həmin qanunun 8.4-cü və 15.4-cü maddələrində nəzərdə tutulmuş dövlət rüsumunun məbləğləri barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; həmin qanunun 14.6-cı maddəsinə uyğun olaraq, dezoksiribonuklein turşusu (DNT) analizinin aparılması üçün bioloji materialın götürülməsi, onun uçotu, saxlanılması, istifadəsi, verilməsi və məhv edilməsi qaydasını təsdiq etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 14.6-cı maddəsində ("DNT analizinin aparılması üçün bioloji materialın götürülməsi, onun uçotu, saxlanılması, istifadəsi, verilməsi və məhv edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir") nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Nazirlər Kabineti həyata keçirəcək.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Şərhlər

XƏBƏR LENTİ