SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Gürcüstanın baş naziri Azərbaycana gəlir

Gürcüstanın baş naziri Azərbaycana gəlir

Tarix:

25-08-2018, 11:22

/ 1 807 dəfə oxundu.
Gürcüstanın baş naziri Azərbaycana gəlir

Gürcüstanın baş naziri Mamuka Baxtadzenin avqustun 30-da Azərbaycana səfəri nəzərdə tutulub.

Bu barədə Gürcüstanın hökumət dəftərxanası məlumat yayıb. İki gün davam edəcək səfər çərçivəsində Gürcüstan hökumətinin başçısı Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.

Bu görüşlərdə ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, dünyada və regionda gedən proseslər, irimiqyaslı enerji və struktur layihələrinin inkişaf perspektivləri müzakirə olunacaq.

Şərhlər

XƏBƏR LENTİ