“Prezidentlə təyinatım haqda çox götür-qoy etdik” - Mehriban Əliyeva
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva fəaliyyətini sosial məsələlərinin həllinə yönəldəcəyini bildirib.
Bu barədə Mehriban Əliyeva Rusiyanın “Vesti nedeli” verilişinə müsahibəsində deyib.
“Mən işimi sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərində qurmaq niyyətindəyəm. Mərhəmətsizlik və laqeydlik qorxulu anlayışlardı. İstər ictimai xadim, istərsə də dövlət məmuru üçün humanizmi qorumaq vacibdir”,- deyə M.Əliyeva bildirib.
O, həmçinin, vurğulayıb ki, dövlət başçısının həyat yoldaşı olmaqla yanaşı, həm də silahdaşıdır: “Məni vitse-prezident vəzifəsinə təyin etmək şəxsən Azərbaycan prezidentinin təşəbbüsüdür. Çox güman ki, uzun illər onun yalnız həyat yoldaşı deyil, silahdaşı olmağım da öz rolunu oynayıb. Biz bu təyinat barədə çox götür-qoy etdik, diskussiyalar apardıq. Əsas məsələ üzərimə götürəcəyim məsuliyyətlə bağlı idi. Lakin həyat yoldaşımın simasında mənə daim dəstək göstərməyə hazır olan şəxs görürəm. Əminəm ki, hər hansı şübhələrin yer aldığı halda o mənə düzgün yol göstərəcək”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...