SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » "Onu ipə-sapa yatırmaq üçün universitetində korrupsiya faktları üzə çıxarıldı"

"Onu ipə-sapa yatırmaq üçün universitetində korrupsiya faktları üzə çıxarıldı"

Tarix:

19-05-2018, 11:41

/ 1 817 dəfə oxundu.
"Onu ipə-sapa yatırmaq üçün universitetində korrupsiya faktları üzə çıxarıldı"

Gültəkin Hacıbəyli Səməd Seyidovla bağlı sirləri açıdı
"AŞPA-nın hesabatına görə, Səməd Seyidov birbaşa korrupsiyada ittiham olunmur. Mən düşünmürəm ki, Səməd Seyidov kiminsə pul ilə ələ alınması prosesində birbaşa iştirak edib". Bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sabiq üzvü Gültəkin Hacıbəyli jurnalist Sevinc Osmanqızının canlı yayımdakı müsahibəsində bildirib.
O, 10 il nümayəndə heyətinin üzvü olduğunu və hakimiyyətdaxili münasibətləri yaxşı bildiyini qeyd edib. "Səməd Seyidovun Prezident Administrasiyasının rəhbərliyi ilə daim gərgin münasibətlərinin olduğunu da yaxşı bilirəm. Səməd Seyidova ciddi güvənin olmadığını da yaxşı bilirəm. Prezident Administrasiyasının rəhbərliyində Səməd Seyidova qarşı müəyyən bir etimadsızlıq var. Onu ipə-sapa yatırmaq üçün, yola gətirmək üçün rəhbərlik etdiyi universitetdə yoxlamalar aparıldı. Korrupsiya faktları üzə çıxarıldı. Mən düşünmürəm ki, avropalı deputatların birbaşa bank hesablarına ötürülən pullarla ələ alınmasında Səməd Seyidovun iştirakı olsun", - o qeyd edib.
"Bunun üçün Elxan Süleymanov adlı bir deputat var''
G.Hacıbəyli bildirib ki, korrupsiya işlərini təşkil etmək üçün Azərbaycanın xüsusi adamları olub: "Bunun üçün başqa bir insan var idi. Elxan Süleymanov adlı bir deputat var. Ona da bu işdə yardım edən Müslüm Məmmədov adlı bir deputat idi. Müslüm Məmmədovu Azərbaycan cəmiyyətində ümumiyyətlə heç kim tanımır. Belçikada yaşayan bir adam idi. Onu Belçikadan gətirib Kürdəmirə deputat seçdilər ki, Elxan Süleymanovun Avropadakı əlaqələrini qura bilsin, bu proseslərdə iştirak etsin. Bu adamların adı sanksiya siyahısında yoxdur, çünki bu adamlar artıq AŞPA-dakı nümayəndə heyətinin siyahısından çıxaılıblar. Bu ilin yanvar ayında Azərbaycan nümayəndə heyətinin tərkibi yenilənən zaman o insanların hər ikisi siyahıdan çıxarıldı və onların yerinə iki üzv daxil edildi. Bu ona görə baş verdi ki, Azərbaycan tərəfi anlayır ki, Müslüm Məmmədov və Elxan Süleymanovu hər hansı Avropa ölkəsinin sərhədini keçərkən saxlaya bilərlər. Həmin adamlar cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Azərbaycan tərəfi bunu bildiyi üçün preventiv addım atdı və o iki nəfəri nümayəndə heyətindən çıxarıldı. Səməd Seyidovun adı ona görə siyahıdan çıxarılmadı ki, Səməd Seyidov rüşvətin verilməsində, rüşvətin alınmasında, yəni bu çirkli proseslərdə birbaşa iştirak etməyib", - o vurğulayıb.
''Ola bilər ki, qadın məsələlərində ümumiyyətlə iştirakı olmayıb''

Hacıbəyli həmçinin qeyd edib ki, nümayəndə heyətinin sıravi üzvünün, misal üçün Sahibə Qafarovanın bu işdən xəbəri olmaya bilərdi, amma nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun bu işdən xəbərsiz qalması mümkün deyildi: "Çünki bütün koordinasiyalar Səməd Seyidov üzərindən edilirdi. Amma korrupsiya cinayətlərində özü birbaşa iştirak etmirdi. Amma nümayəndə heyətinin bütün fəaliyyəti, AŞPA-da bütün əlaqələr Səməd Seyidov üzərindən qurulurdu. Pedro Aqramond ilə ən çox işləyən insan Səməd Seyidovun özü idi. Predo ilə ən çox işləyən insan Səməd Seyidov idi. Ondan öncə Deboro Qrex adlı maltalı deputatla və başqaları ilə də Səməd Seyidov işləyirdi. S.Seyidov onlar ilə siyasi əlaqələri qururdu. Birbaşa pulların ötürülməsi, korrupsiya əlaqələrinin qurulması, Bakıya bu insanların dəvət olunması və çirkli işlərin, qadın məsələlərinin, rəzalət faktlarının təqdim olunmasında Səməd Seyidov iştirak etməyib. Ola bilər ki, qadın məsələlərində ümumiyyətlə iştirakı olmayıb və bu məsələlərdən xəbərsiz olub. Amma bank hesablarından ən azı məlumatı olub", - deyə Hacıbəyli bildirib.

Şərhlər

XƏBƏR LENTİ