SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Sərkisyanın əleyhinə imza atmaqdan imtina edən QHT sədrlərimizi tanıyın — ŞOK SİYAHI

Sərkisyanın əleyhinə imza atmaqdan imtina edən QHT sədrlərimizi tanıyın — ŞOK SİYAHI

Tarix:

23-02-2017, 20:49

/ 1 958 dəfə oxundu.
Sərkisyanın əleyhinə imza atmaqdan imtina edən QHT sədrlərimizi tanıyın — ŞOK SİYAHI

Ermənistan Prezidenti Serj Sərkisyan Avropa İttifaqına rəsmi səfərə gedir


Bununla bağlı Azərbaycanda fəaliyyət göstərən Şərq Tərəfdaşlıq Vətəndaş Cəmiyyəti Forumunun bir qrup üzvü Avropa İttifaqının rəhbərliyinə rəsmi müraciət edib. Müraciətə imza atanlar Avropa İttifaqını Sərkisyanın Azərbaycana qarşı qeyri-qanuni ərazi iddialarından imtinaya, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılmasına və zorla sərhədlərin dəyişdirmək cəhdlərinin təhlükəli presedent olduğunu nəzərinə çatdırmağı qeyd ediblər.
Bunu açıqlamasında BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib.
Onun sözlərinə görə, Forumun bir qrup üzvü, QHT sədrləri Sərkisyanın əleyhinə imza atmaqdan imtina edib:
"Xocalı soyqırımında birbaşa iştirak edən və günahsız mülki vətəndaşlarımızı qanına qəltan edən Ermənistan Prezidenti Serj Sərkisyan Avropa İttifaqına rəsmi səfərə gedir. Bundan əvvəl Azərbaycanın Prezidenti İlham Əliyev rəsmi səfər etmişdi. Cənab prezidentin rəsmi səfəri zamanı ermənilərin əli ilə 76 nəfər azərbaycanlı - QHT, jurnalist, hüquq müdafiəçisi Avropa İttifaqının rəhbərliyinə müraciət imzalayıb yolladılar. Müraciətin əsas mahiyyəti həm İlham Əliyevin səfərinə kölgə salmaq, həm də Azərbaycanın milli maraqlarına zərbə vurmaq idi. Bundan başqa, ermənilər Avropa Birliyi parlamentində azərbaycanlıların əli ilə tədbir də keçirdilər. İndi bizim milli maraqları müdafiə edən bir qrup QHT təşəbbüs göstərib Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu üzvlərinin adından Sərkisyanın səfəri ilə bağlı Avropa İttifaqının rəhbərliyinə müraciət hazırlayıblar. Ermənilərin müraciətinə imza atanlar bu gün Sərkisyanın əleyhinə imza atmaqdan imtina ediblər.
Həmin şəxslər bunlardır- İntiqam Əliyev, Rəsul Cəfərov, Anar Məmmədli, Kənan Aslanlı, İlqar Həsənli, Aytəkin Əsgərova, Leyla Əliyeva, Arzu Abdullayeva, Eldar Zeynalov, İlqar İbrahimoğlu, Zöhrab İsmayıl.
Çox təəssüf ki, bu insanlar hətta düşmənimizin əleyhinə belə müraciətə imza atmırlar. Səbəb də beynəlxalq təşkilatların qorxusudur. Bilirlər ki, bu addım onların xoşuna gəlməyəcək. Və bu müraciət həm də bəzi beynəlxalq təşkilatların iradəsindən kənardır”.

"Ölkə.Az"

Şərhlər

XƏBƏR LENTİ