“Buna heç vaxt nail ola bilməyəcəklər” - Ramiz Mehdiyev
“Ermənilər böyük dövlət yaratmaq istəyirlər. Onların dənizdən-dənizə adlanan ideyası var. Çox səhv ideyadır, buna heç vaxt nail ola bilməyəcəklər. Bu ideyanın başında kilsə dayanıb”.
Bunu Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev ATV-yə verdiyi müsahibədə deyib: “Bu gün Serj Sarkisyan, sabah başqası, onlardan asılı olmayaraq, ermənilərin belə ideyası var.
Əsas məqsəd ondan ibarətdir ki, Azərbaycan dövləti bundan sonra da çox qüdrətli olmalıdır və bütün səylərin qarşısını almalıdır. Biz istəyirik ki, məsələni diplomatik danışıqlar yolu ilə həll edək, çünki müharibə istər-istəməz insan tələfatı ilə nəticələnir. Azərbaycan 15 ildə çox geniş inkişaf edib. Cənab prezidentin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan bu gün dünyada tanınır. Prezidentin məqsədi ondan ibarətdir ki, bu məsələni danışıqlar yolu ilə həll edək. Lakin bu baş tutmasa, bizim başqa yolumuz yoxdur - biz torpaqlarımızı qaytarmalıyıq, sərhədlərimizi bərpa etməliyik - məcburuq, müharibə yolu ilə münaqişəni həll edək”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...