Vyetnam prezidenti İlham Əliyevi təbrik edib
Vyetnam Sosialist Respublikasının prezidenti Çan Day Kuanq Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Böyük səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının prezidenti seçilməyiniz münasibətilə Sizi Vyetnam dövləti, xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Vyetnam Sizin müdrik rəhbərliyinizlə Azərbaycanın son vaxtlar əldə etdiyi nailiyyətləri daim müşahidə edir və buna sevinir. Əminəm ki, Sizin təcrübəniz sayəsində Azərbaycan uğurlu inkişafını davam etdirəcək, beynəlxalq arenada öz mövqeyini yüksəldəcək.
Şadam ki, Vyetnam ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətləri son vaxtlar dinamik inkişaf edir. Bizim münasibətlərimizin inkişafında Sizin mühüm rolunuzu qeyd etməmək olmaz.
Cənab prezident, xalqlarımızın mənafeyi naminə iki ölkə arasında çoxtərəfli əməkdaşlığın istiqamətlərini və onun daha da inkişaf etdirilməsi tədbirlərini müzakirə etmək və razılaşdırmaq üçün Sizin Vyetnama rəsmi səfərinizi səbirsizliklə gözləyirəm.
Fürsətdən istifadə edərək, Sizə və ailənizə möhkəm cansağlığı arzulamaq istərdim. Sizə öz nəcib vəzifənizdə yeni böyük uğurlar diləyirəm.
Qoy, Azərbaycan xalqı Sizin rəhbərliyinizlə ölkənin inkişafı işində sanballı nəticələr əldə etsin”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...