AŞPA təmsilçisindən seçkilərlə bağlı ilk mövqe
“Səsvermə prosesi seçicilərin fəallığı şəraitində keçir. Səhər tezdən Bakıda seçkilərin başlanmasını izlədik, indi isə Sumqayıtdayıq. Artıq şəhərin 8 seçki məntəqəsində səsverməni müşahidə etmişik”.
Bu sözləri Avropa Şurası Parlament Assambleyasının seçki müşahidə missiyasının moldovalı üzvü Valeriu Ghiletchi bildirib. “42 saylı Sumqayıt II seçki dairəsinin 37 saylı seçki məntəqəsində ilk dəfə səsvermədə iştirak edən gəncin doğum gününün həm də bu mühüm hadisəyə təsadüf etdiyinın şahidi olduq. Biz də təbriklərə qoşulduq”, - deyə beynəlxalq müşahidəçi qeyd edib.
Prezident seçkiləri ilə bağlı müşahidələrini bölüşən qonaq Azərbaycanda artıq ikinci seçkidə iştirak etdiyini deyib. O, vətəndaşların prezident seçkilərinə böyük maraq göstərdiyini və kifayət qədər fəal olduqlarını bildirib.
Beynəlxalq müşahidəçi seçkiləri müşahidə etdiyi zaman heç bir qanun pozuntusu ilə rastlaşmadığını deyib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...