SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » 'Azərbaycanda medianın susdurulduğu və vebsaytların bloklandığı bir dövrdə seçki keçirilir'

'Azərbaycanda medianın susdurulduğu və vebsaytların bloklandığı bir dövrdə seçki keçirilir'

Tarix:

9-04-2018, 01:36

/ 1 354 dəfə oxundu.
'Azərbaycanda medianın susdurulduğu və vebsaytların bloklandığı bir dövrdə seçki keçirilir'

Aprelin 6-da Jurnalistlərin Müdafiə Komitəsinin (CPJ) vebsaytında Gülnoza Saidin“Azərbaycanda medianın susdurulduğu və vebsaytların bloklandığı bir dövrdə seçki keçirilir” adlı məqaləsi dərc olunub. Məqalənin qısa xülasəsini təqdim edirik:

Azərbaycan rəsmiləri tənqidçilərini metodik şəkildə susdurub. Aprelin 11-nə təyin olunan erkən prezident seçkilərindən öncə potensial müxalif namizədlər ya həbs olunub, ya da namizədliklərinin irəli sürmələrinin qarşısı alınıb.

Senator Dörbinin təqdim etdiyi düzəliş, eləcə də Marko Rubio, Con MakKeyn və Patrik Lehi kimi digər senatorların təzyiqi mənim azadlığa buraxılmağıma səbəb oldu.
Mehman Əliyev
İlham Əliyev hökümətinin müstəqil medianı susdurmaq və tənqidi səsləri boğmaq üçün əl atdığı taktikalara jurnalistləri həbsə atmaq, xarici ölkələrən qaçırmaq və maliyyə fırıldaqçıqlarında ittiham etmək, saytları blok etmək, sosial media hesablarını xaker hücumuna məruz qoymaq, jurnalistlərin ölkədən çıxışlarına qadağa qoymaq daxildir.

Azərbaycan jurnalistlərin ən çox həbs edildiyi ölkələrdən biridir. Jurnalistlərin MüDafiə Komitəsinin (CPJ) apardığı illik hesablamalara görə, 2017-ci ilin dekabr ayında Azərbaycanda azı 10 jurnalist həbsdə idi. Lakin Bakıya qarşı tətbiq olunan beynəlxalq təzyiq bir az da olsa nəticə verib.

Ölkədəki son beynəlxalq xəbər agentliyinə başçılıq edən Mehman Əliyev CPJ-ə bildirib ki, onun avqust ayına vergidən yayınma ittihamları həbs olunmasından sonra ABŞ-ın təzyiqi və beynəlxalq qınaqlar onun azadlığa buraxılmasına səbəb olub.

Senator Riçard Dörbin 2018-ci il Dövlət Departamenti və Xarici Əməliyyatlar Ödənişləri qanununa düzəliş təqdim edib. Bu düzəlişdə Dövlət Departamentinə Əliyevin qanunsuz həbsində əli olan Azərbaycan rəsmilərinin ABŞ-a daxil olmasına qadağa qoymasına göstəriş verilir.
Bakıdan CPJ ilə danışan Əliyev deyib ki, “Senator Dörbinin təqdim etdiyi düzəliş, eləcə də Marko Rubio, Con MakKeyn və Patrik Lehi kimi digər senatorların təzyiqi mənim azadlığa buraxılmağıma səbəb oldu.”
Əliyev əlavə edib ki, “düzəliş sentyabrın 7-də təqdim olunub. Mənim məhkəmə iclasım isə növbəti gün baş tutdu. Rəsmilər düzəliş barədə eşidəndə, təhlükəsizlik xidmətləri mənə prezident İlham Əliyevin mənim işimdən yeni xəbərdar və narahat olduğunu dedi.”

Sentyabr ayının 11-də erkən azadlığa buraxılan Əliyev, eləcə də aprelin 5-də Ali Məhkəmə tərəfindən şərti azadlığa buraxılan Əziz Orucov tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılovadan sonra həbsdən azad olunan ilk jurnalistlərdir.

Əliyev deyib ki, Turan fəaliyyətini davam etdirsə də onun 15 nəfərdən ibarət işçi qüvvəsi 10 milyon əhalisi olan ölkə üçün yetərli deyil.
“Vəziyyət çox çətindir. Təkcə biz qalmışıq. Onlar hələ bizi məhv etməyiblər, çünki düzəliş mövcuddur,” o deyib.

Ölkənin bir çox jurnalisti həbs və təqiblərdən yayınmaq üçün xaricdə yaşayıb, oradan yayım edir, amma Azərbaycan rəsmiləri sərhədindən kənarda da müstəqil səsləri boğmağa çalışıb.

2017-ci ilin mart ayında tanınmış araşdırmaçı jurnalist Əfqan Muxtarlı ailəsilə birlikdə yaşadığı Tbilisidən qaçırılaraq Azərbaycana gətirilib və həbs edilib. Yanvarın 12-də Balakən məhkəməsi Muxtarlını sərhədi qeyri-qanuni şəkildə keçmək və üzərinə kontrabanda daşımaq ittihamı ilə Muxtarlını altı il müddətinə azadlıqdan məhrum edib. Aprel ayının əvvəlində yayılan məlumatlara görə, jurnalistin səhhəti pisləşir. Muxtarlının appelyasiya şikayəti dəfələrlə təxirə salınıb. Fəallar bunun məqsədinin appelyasiya şikayəti ilə bağlı məhkəməni seçkidən sonrayadək ləngitmək olduğunu deyir.

Daha öncə bir çox azərbaycanlı müxalifət üzvləri və müstəqil jurnalistlər üçün sığınacaq olan qonşu Gürcüstan artıq onlara təhlükəli gəlir, çünki Gürcüstanın qanun-mühafizə orqqanlarının Muxtarlının işində Azərbaycan rəsmiləri ilə əlbir hərəkət etdiyinə dair söz-söhbətlər dolaşmağa başlayıb.

Vəziyyət çox çətindir. Təkcə biz qalmışıq. Onlar hələ bizi məhv etməyiblər, çünki düzəliş mövcuddur.
Mehman Əliyev
“Artıq heç yer təhlükəsiz deyil,” deyə Turan TV-nin Amsterdam ofisinin rəhbəri Fikrət Hüseynli bildirib. 2008-ci ildən bəri Niderlandda yaşayan və üş vətəndaşlığa sahib Hüseynli sürgündə olan və Azərbaycan höküməti tərəfindən korrupsiyada ittiham olunan Azərbaycan müxalifətçilərinin fəaliyyətlərini işıqlandırır. Hüseynli də prezidenti tənqid edir.

Hüseynli CPJ-ə bildirib ki, o, Turanın Kiyevdə ofisini açmaq məqsədilə 2017-ci ilin oktyabr ayında Ukraynaya səfər etdikdən sonra Azərbaycan sərhədindən kənarda da təhlükəsizlikdə olmadığını anlayıb. O, Ukraynada təyyarəyə minərkən azərbaycan dilində danışan bir neçə nəfərin müşahidəsi altında həbs edilib. Hüseynli oktyabrın 27-də azadlığa buraxılsa da, Ukraynanın baş prokurorluğu onun passportunu əlindən alıb.

Daha sonra isə martın 5-də, Hüseynli CPJ ilə danışandan iki saat sonra kirayədə qaldığı evdə naməlum kişilər tərəfindən hücuma məruz qalıb.

Aprelin 2-də hakim jurnalistin ekstradisiyasının əleyhinə qərar çıxarıb və onun sərbəst hərəkət etməsinə icazə verilməli olduğunu deyib. Lakin həmin gün Kiyev prokuroru Hüseynlinin passportunu məhkəbə katibindən alaraq, geri verməkdən imtina edib. Hüeynlinin aprelin 12-də, Azərbaycanda prezident seçkilərindən bir gün sonra Kiyevdə yenidən məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

Azərbaycan höküməti həmçinin iki Fransa jurnalistin ilə bağlı defamasiya şikayəti ilə məhkəməyə müraciət edib. Onlardan biri televiziya verişində Azərbaycanı “diktatura” adlandırıb. Fransa məhkəməsi noyabrda defamasiya şikayətini rədd edib.

Ölkədəki fəal jurnalistlər hər gün məhdudiyyətlərlə üzləşir. İki il bundan öncə azadlığa buraxılandan bəri bank hesabları dondurulub. O, Skype vasitəsilə beynəlxalq konfranslara qatılmağa çalışdığında evdə internet və elektrik kəsilir.

Şərhlər

XƏBƏR LENTİ