"Ermənistan sülh səylərinə məhəl qoymur və təcavüzü davam etdirir" - Birinci vitse-prezident
"Əfsuslar olsun ki, Azərbaycan hələ də həll olunmamış böyük problemlə üz-üzədir. Bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizi işğal altındadır. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib".
Bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıda Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin şərəfinə verilən ziyafətdə çıxışı zamanı deyib.
"Biz bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Bununla belə, Ermənistan sülh səylərinə məhəl qoymur və təcavüzü davam etdirir. Münaqişə beynəlxalq hüququn prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bununla belə, Ermənistan onları yerinə yetirməkdən imtina edir".
O, həmçinin Azərbaycanın ərazi bütövlüyü Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən açıq şəkildə tanındığını qeyd edib:
"Mən qeyd etmək istərdim ki, ölkəmizin ərazi bütövlüyü Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən açıq şəkildə tanınır. Bu təşkilat hər zaman bizim siyasi mövqeyimizi qlobal səviyyədə dəstəkləyib. Bununla əlaqədar təşkilat bir neçə qətnamə və qərarlar qəbul edib. Mən bu dəstəyə görə sizə minnətdaram".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...