Artur Rasi-zadə axır ki...gedir: 1-ci vitse-prezident baş nazirin rolunu sıfırladı
Baş nazir Artur Rasi-zadə vəzifədən təntənəli surətdə yola salınır
Verilən məlumata görə, 1-ci vitse-prezident təyinatı baş nazirlik funksiyalarını arxa plana keçirir.
Nazirlər Kabinetinin fəaliyyəti formal olaraq saxlansa da, baş nazirin təqaüdə göndərilməsi qərara alınıb. A.Rasi-zadə fəxri baş nazir və iqtidarın etibarlı kadrı kimi vəzifədən evə göndərilir. Stajlı baş nazir üçün təntənəli mərasim hazırlanması da nəzərdə tutulub.
Prezident İlham Əliyev ölkənin birinci ledisi Mehriban Əliyevanı vitse-prezidentlik institutunun 1-ci postuna təyin etdi. Bu da avtomatik baş nazirin vəzifələrinin əhəmiyyətini azaldır.
Verilən məlumata görə, Prezident Administrasiyası rəsmiləri referendum ərəfəsində Nazirlər Kabinetinin islahatların lokomotivi olmadığını açıq şəkildə qeyd ediblər.
Bu çıxışlar onu deməyə əsas verir ki, vitse-prezidentlik institutu NK-nı lazımsız quruma, qocalar evinə çevirəcək. Çünki M.Əliyeva Nazirlər Kabinetinin bir çox hallarda işlərini görürdü.
Fevralın 26-da 83 yaşı olacaq hörmətli Rasi-Zadənin yaşı və səhhəti ilə əlaqədar baş nazir vəzifəsindən getməsinə razılıq verilməsi üçün indiyə qədər iki dəfə ölkə rəhbərliyinə müraciət etdiyi bildirilir.
Ölkə rəhbərliyinin isə ona bir qədər də gözləməyi tövsiyə elədiyi, başlanan struktur islahatlarının mərhələli şəkildə davam etdiyi və prosesin gedişində baş nazir məsələsinin də aydınlaşacağının çatdırıldığı qeyd edilir.
Xəbərdə vurğulanır ki, vitse-prezidentlərin təyinatından sonra baş nazir postunun və ümumiyyətlə, Nazirlər Kabinetinin hazırkı şəkildə saxlanmasının əhəmiyyəti qalmaya bilər. Hətta mümkündür ki, baş nazir vəzifəsi ləğv edilsin.
Belə olduğu halda Artur Rasi-Zadə Azərbaycanın həm vəzifəcə (23 ilə yaxın), həm yaşca ən uzun ömürlü baş naziri olmaqla yanaşı, sonuncu baş naziri kimi də tarixə düşəcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...