XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » Həmkarlarını şou da suçlayan deputat narazıdır: Bəs Sevinc Hüseynova hardadır?

Həmkarlarını şou da suçlayan deputat narazıdır: Bəs Sevinc Hüseynova hardadır?

Həmkarlarını şou da suçlayan deputat narazıdır: Bəs Sevinc Hüseynova hardadır?
21-02-2017, 00:08

Gədəbəyin deputatı Sevinc Hüseynovanın nə Milli Məclisdə, nə mətbuat səhifələrində çıxışını görmək olar

Məlumata görə, xanım millət vəkili ən passiv parlament üzvlərindən biri kimi xarakterizə edilir.

Oxucular və Gədəbəy sakinləri, o cümlədən Milli Məclis rəhbərliyi, hətta həmkarlarına da S.Hüseynova adı çox az tanışdır.

Xanım deputatın Gədəbəy kimi poblemləri gen-bol olan bir rayonu belə qeyri-fəal təmsil etməsinin səbəbi aydın deyil.

Amma aktiv fəaliyyət göstərməməsini deputat özü də müsahibələrinin birində etiraf edib. Onun sözlərinə görə, ola bilər ki, bu, ya mənim zəifliyimdir, ya da mənim KİV-lə əməkdaşlıq qura bilməməyimdir:

“Ancaq Sosial siyasət komitəsində hansısa qanun layihəsinin müzakirəsi zamanı fikirlərimi bildirdiyim vaxt olub, plenar iclaslarda da çıxışlarım olub.

Bundan başqa, KİV-dən hansı jurnalist mənimlə ünsiyyət qurmaq istəyirsə, mən ona “yox” deməmişəm. Eyni zamanda bacardığım qədər QHT-lərin tədbirlərində də iştirak edirəm, çıxışlar edirəm. Seçicilərlə münasibətdə də daim fəalam”.

Yəni, xanım deputat passiv olmasını özü də təsdiqləyir və KİV-lə əməkdaşlıq qura bilməməkdə görür. Ancaq ona bu məsələdə kömək etməyə də hazırıq.

Lakin telefon nömrəsini əldə edə bilmədik deyə açıqlama almaq imkanımız olmadı. Xanım deputat mətbuatla əməkdaşlıq etmək istəsə redaksiyamıza zəng edə və jurnalistlərimiz ondan müsahibə ala bilər.

S.Hüseynovaya nə qərəzi var, nə də düşmənçiliyi. Sadəcə, hörmətli xanım millət vəkilinin passiv fəaliyyəti göz qabağındadır və biz vaxtaşırı parlamentin aktiv və qeyri-fəal deputatları barəsində yazırıq. Yəni, xüsusi olaraq Gədəbəyin deputatından məqalə hazırlamamışıq.

S.Hüseynova isə həmin müsahibədə medianı suçlayır və həmkarlarını şoumenlikdə ittiham edir: “Deməli, sözünüzdən belə çıxır ki, millət vəkili hansısa ciddi tənqidi çıxış etməsə, yaxud nəsə təklif etməsə, mətbuat onunla maraqlanmır?

Amma bir dəfə mənim Sosial siyasət komitəsinin iclasında gənclərlə bağlı çıxışım olub, bir dəfə də bir hərbi qanunla bağlı. Bundan başqa, Gədəbəydə bir sosial problemlə bağlı çıxışım olub, o zaman media məni axtara bilərdi, amma axtaran olmayıb.

Həm də bir şey var ki, şou xarakterli bir çıxış, məsələ olanda jurnalistlər dərhal o deputatı axtarırlar. Amma bayaq sadaladığım daha dərin məsələlərlə bağlı jurnalistlərdə araşdırma apararaq deputatı ona münasibət bildirməyə sövq etmək yoxdur”.

Millət vəkili biznesi olmadığını da vurğulayıb. O halda xanım deputatın başı nəyə qarışıb ki, mətbuatla, seçicilərlər, ölkə gündəmi ilə, iqtisadi proseslərlə bağlı bir kəlmə danışmır?

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.