Ramil Usubov Ukraynanın Baş prokuroru ilə görüşdü
Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov fevralın 19-da ölkəmizdə rəsmi səfərdə olan Ukraynanın baş prokuroru Yuri Lutsenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Daxil olan məlumata görə, nazir son illər iki ölkə prezidentlərinin siyasi iradəsinə, dostluq münasibətlərinə və imzalanmış hökumətlərarası sənədlərə uyğun olaraq Azərbaycanla Ukrayna arasında bütün sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında əlaqələrin inkişafını, cinayətkarlığa, xüsusən mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə qarşı hər iki dövlətin güc strukturlarının səmərəli əməkdaşlıq etdiyini məmnunluqla vurğulayıb. O, bu işdəki roluna, eyni zamanda, Ukrayna ərazisində azərbaycanlılara qarşı törədilmiş bir sıra cinayətlərin istintaqını şəxsən nəzarətə götürdüyünə görə baş prokuror Yuri Lutsenkoya təşəkkürünü bildirib.
Ukrayna Respublikasının baş prokuroru Yuri Lutsenko səmimi qəbula, yüksək qonaqpərvərliyə və ətraflı məlumata görə minnətdarlığını bildirərək Azərbaycanın sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlikdən məmnunluğunu ifadə edib. Qonaq iki ölkənin hüquq-mühafizə orqanları arasında qarşılıqlı faydalı və səmərəli əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib, bu məqsədlə öz səylərini əsirgəməyəcəyini vurğulayıb.
Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
Görüşdə Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko iştirak edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...