XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » ISESCO-nun baş direktoru: Azərbaycanda gedən inkişaf prosesləri dünyada maraqla qarşılanır

ISESCO-nun baş direktoru: Azərbaycanda gedən inkişaf prosesləri dünyada maraqla qarşılanır

ISESCO-nun baş direktoru: Azərbaycanda gedən inkişaf prosesləri dünyada maraqla qarşılanır
21-12-2017, 17:37

Azərbaycan prezidenti İlham Əliyev ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini qəbul edib.
Əbdüləziz Osman əl-Tuveycri Bakıda keçirilən “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın yüksək səviyyədə təşkilinə verdiyi dəstəyə görə dövlət başçısına minnətdarlığını bildirib.
Konfransın əhəmiyyətini vurğulayan Əbdüləziz Osman əl-Tuveycri tədbirdə müxtəlif ölkələrdən ayrı-ayrı dinlərin nümayəndələrinin iştirakının önəmini qeyd edib. ISESCO-nun baş direktoru bildirib ki, prezident İlham Əliyevin konfransdakı dərin məzmunlu nitqi böyük əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev xoş sözlərə görə təşəkkürünü bildirib və Əbdüləziz Osman əl-Tuveycrinin konfransda iştirakının və çıxışının önəmini qeyd edib. Dövlət başçısı Əbdüləziz Osman əl-Tuveycrinin konfransdakı çıxışı zamanı və eləcə də digər tədbirlərdə hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nümayiş etdirdiyi ədalətli mövqeyi yüksək qiymətləndirib.
ISESCO-nun baş direktoru isə bildirib ki, Azərbaycanda gedən hərtərəfli, davamlı inkişaf prosesləri və prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə əldə olunan möhtəşəm uğurlar İslam dünyasında və ondan kənarda böyük maraqla qarşılanır.
Görüşdə Azərbaycan ilə ISESCO arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib və əlaqələrimizin bundan sonra daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.