Senator Dik Durbin Mehman Əliyevlə görüşüb
Vaşinqton Azərbaycan hökumətinin Turan agentliyinə və digər KİV-lərə qarşı təzyiq faktlarının monitorinqini davam etdirəcək. Bu fikir Turan agentliyinin direktoru Mehman Əliyevin Vaşinqton səfəri zamanı onun rəsmi şəxslər və mətbuat azadlığı sahəsini təmsil edən təşkilatların nümayəndələri ilə görüşündə səslənib.
Turan agentliyinə qarşı cinayət işi, bank hesablarının dondurulması və M.Əliyevin həbsi ilə əlaqədar bu ilin avqust-sentyabr aylarında agentliyin fəaliyyəti faktiki olaraq dayandırılıb. Beynəlxalq təzyiqlərin və Azərbaycan hakimiyyətinə qarşı sanksiyaların tətbiqilə bağlı hədələrin nəticəsində M.Əliyev sentyabrın 11-də həbsdən azad edilib.
M.Əliyev Dövlət Departamenti, Senat, Konqres və digər yerlərdə görüşləri zamanı Azərbaycanda söz azadlığının hazırki durumunu və azad mətbuatın sıxışdırılmasını müzakirə edib.
“Müəmmalı həbsdən sonra Mehmanı azadlıqda görməyə və onun öz mühüm fəaliyyətini yerinə yetirməsinə şadam. Ümud edirəm ki, siyasi motivlərlə həbs edilən digər şəxslərə qarşı da belə addım atılacaq”, – senator Dik Durbin Turan agentliyinin direktoru ilə görüşündən sonra Tvitterdəki mikrobloqunda yazıb.
Vaşinqton görüşləri zamanı M.Əliyev onun azadlığa butaxılmasını tələb edən nüfuzlu şəxslərə öz təşəkkürünü bildirib.
Cavab sözündə ona bildirilib ki, təzyiqlərə son qoyulması və azad mətbuata məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı Azərbaycan hakimiyyətinə tələblər davam etdiriləcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək