Rusiyanın işdən çıxarılan Azərbaycandakı səfiri - Müraciət yaydı
Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə Azərbaycanda səfir vəzifəsindən azad edilən Vladimir Doroxin müraciət yayıb. Səfirliyin saytına istinadən xəbər veririk ki, müraciətdə deyilir:
“Mən Azərbaycana təxminən 9 il əvvəl dəqiq siyasi təlimatla –Azərbaycanla əlaqələri bütünlüklə möhkəmləndirmək məqsədi ilə gəldim. Bu tapşırığı həyata keçirmək çətin olmadı. Qarşımda açıq qapılar vardı. Azərbaycan da Rusiya kimi əlaqələrimizin möhkəmlənməsinə səy göstərirdi.
Ötən illər ərzində bir-birilərinin suverenliyinə tam hörmət, işlərinə qarışmamaq və maraqların balansı prinsiplərinə əsaslanan, Rusiya-Azərbaycan əməkdaşlığının genişlənməsi ilə nəticələnən bir çox vacib hadisələrin şahidi və iştirakçısı oldum. Biz bir-birimizi daha yaxşı anlamağı, keçmişdə münasibətlərimizdə olan ən yaxşıları dəyərləndirməyi və zamanın yeni tələblərinə uyğun olan əməkdaşlıq qurmağı öyrəndik. Rusiya-Azərbaycan arasındakı mehriban qarşılıqlı əlaqələri milyonlarla insan öz üzərində hiss edə bildi.
Səfirliyin və şəxsən mənim işimlə daim maraqlandıqlarına görə azərbaycanlılara minnətdarlığımı bildirirəm. Bu maraq hər zaman dostcasına olub. İndi daha yaxşı başa düşürəm ki, başqa cür ola da bilməzdi.
İnanmaq istəyirəm ki, bütün çətinliklərə və yeni çağırışlara baxmayaraq, əldə edilən təcrübə gələcəkdə də iki ölkənin və xalqın maraqlarına uyğun istifadə ediləcək. Sizi əmin edirəm ki, Rusiya hər zaman buna çalışacaq. Çünki bizim cənub sərhədlərimizdə stabil, çiçəklənən Azərbaycan görməkdən başqa marağımız yoxdur”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək