“...Azərbaycanın əleyhinə səs verməsi bizi incitdi” - Əli Həsənov
“Türkiyəni təmsil edən 4 nəfərin Dağlıq Qarabağa qanunsuz səfəri və bəyanatları bizi nə qədər incitdisə, inanıram ki, sizi də, Türk dünyasının birliyini arzulayanları da o qədər incitdi”.
Bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Çukurova Bələdiyyələr Birliyinin bələdiyyə rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşdə bildirib.
Ə. Həsənov Türkiyənin bəzi deputatlarının Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın əleyhinə olan qətnamənin qəbulunə səs vermələrinin də narahatlıq yaratdığını deyib: “Avropa Şurası Parlament Assambleyasında bəzi türk deputatların Azərbaycanın əleyhinə səs verməsi də bizi incitdi. Bu kimi halların olmamasını istərdik”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək