Ərdoğan Bakıya gəlir: - Nələr müzakirə ediləcək?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı bir sıra ciddi məsələlər müzakirə olunacaq.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gözlənilən səfərini şərh edən keçmiş diplomat, politoloq Fikrət Sadıqov deyib. Politoloq bildirib ki, yaranmış vəziyyət Bakı və Ankara arasında geniş dialoqu labüd edir:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı bir sıra ciddi məsələlər müzakirə olunacaq. Dünyada davam edən geosiyasi gərginlik, Cənubi Qafqazdakı mürəkkəb vəziyyət, o cümlədən Yaxın Şərqdə baş verən hadisələr gündəlikdə olacaq. Hesab edirəm ki, bir sıra məsələlərlə bağlı Azərbaycan və Türkiyənin mövqeləri üst-üstə düşəcək. Çünki Rusiya, Qərb və ABŞ-la münasibətlər koordinasiya olunmalı, fikirlər tənzimlənməli, bəlkə də mövqelərə yenidən baxılmalıdır”.
Politoloq görüşdə Dağlıq Qarabağ problemi və bu fonda iki ölkə arasındakı münasibətlərin əsas müzakirə predmeti olacağını qeyd edib:
“Bütün bu məsələlərin kompleks şəkildə müzakirəsi gözlənilir. Görüşün çox məhsuldar keçəcəyi və mühüm razılaşmlar imzalanacağı istisna deyil”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri oktyabrın 30-da baş tutacaq. Rəcəb Tayyib Ərdoğanın Bakıda keçiriləcək Bakı-Tiflis-Qars dəmiryolunun açılışında iştirakı da gözlənilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək