SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Apreldən sonra BMT-də: Əliyevin Serjə şilləsi savaşa yol açdı? - Pərdəarxası

Apreldən sonra BMT-də: Əliyevin Serjə şilləsi savaşa yol açdı? - Pərdəarxası

Tarix:

24-09-2017, 23:59

/ 42 252 dəfə oxundu.
Apreldən sonra BMT-də: Əliyevin Serjə şilləsi savaşa yol açdı? - Pərdəarxası

Prezident İlham Əliyevin sentyabrın 20-də Nyu Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında etdiyi çıxış Azərbaycanın Ermənistana siyasi-diplomatik zərbəsi kimi tarixə düşdü
Bununla həm də Ermənistanın beynəlxalq səviyyədə ifşası istiqamətində növbəti uğurlu addım atıldı.
Bu barədə verilən məlumatda qeyd olunub.
Ümumiyyətlə, Azərbaycan Ermənistanın diplomatik küncə sıxışdırılması üçün beynəlxalq tribunalardan uğurla yararlanır. İndiyədək bütün mötəbər təşkilatlarda rəsmi Yerevan çıxılmaz vəziyyətə salınıb.
Azərbaycanın 25 il əvvəl üzv olduğu Birləşmiş Millətlər Təşkilatı da ölkəmizin ərazi bütövlüyünü və beləliklə, haqq səsini tanıyır.
Azərbaycan Prezidentinin çıxışında xüsusi vurğuladığı məqam isə Ermənistan prezidentini hərbi cinayətkar adlandırması idi.
Tam yerinə düşən bu ifadə hazırda Ermənistana rəhbərlik edən Serj Sarkisyanın terrorçu mahiyyətini bütün incəliklərinə qədər ifadə edir.
Ən əsası isə ondan ibarətdir ki, Ermənistan hakimiyyəti S.Sarkisyanın hərbi cinayətkar olduğunu heç vaxt təkzib edə bilmir.
Ona görə Prezident İlham Əliyevin Xocalı soyqırımından bəhs edərkən: “Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırkı prezidentidir” - deməsi S.Sarkisyana vurulan növbəti tərs şillə oldu.
Prezident İlham Əliyevin Ermənistana rəhbərlik edən bu terrorçunu hədəfə alması təsadüf deyildi. Cənab İlham Əliyevin bu çıxışından sonra bilməyənlər də Ermənistan prezidentinin terrorçu xislətindən, uşaqları qətlə yetirməsindən xəbərdar oldular.
Prezident İlham Əliyevin Dağlıq Qarabağ məsələsində toxunduğu digər aktual məsələ BMT qətnamələrinin icrasız qalması barədə idi. BMT-nin qərarları 24 il əvvəl qəbul edilsə də, icra olunmayıb.
İ.Əliyevin aprel müharibəsində S.Sərkisyana vurduğu sarsıdıcı zərbə və psixoloji təsir BMT-də növbəti nokaut idi.
Amma Ermənistanın siyasi rəhbərliyi öz qanlı və işğalçı siyasətindən çəkinməyərək BMT-də yedikləri şillənin acığını çıxmaq üçün cəbhə xəttində vəziyyəti gərginləşdirməyə çalışacaqlar.
Düzdür, Rusiyanın boynuna bağladığı xalta ilə gəzən Sərkisyan rejimi Moskvanın diktəsi olmadan təmas xəttində atəşkəsi poza bilməz.
Lakin Serj aldığı bu zərbəni şəxsi planda hikkəsini boğa bilmədiyi üçün müharibəni qızışdırmaqla cavab verməyə can atacaq.
Təbii ki, Azərbaycan ordusunun qüdrətinə bələddir və yenidən neçə-neçə erməni meyitləri Yerevana, başqa regionlara gedəcək.
Prezident İlham Əliyev BMT Baş Assambleyasındakı çıxışı ilə ölkəmizin və xalqımızın mənafeyini, milli maraqlarını qətiyyətlə qorudu. Təbii ki, bu çıxış Azərbaycan diplomatiyası qarşısında daha yeni hədəflər müəyyənləşdirir.
Bu hədəflərin uğurla dəf edilməsi, Ermənistanın diplomatik cəhətdən sıxışdırılması torpaqlarımızın azad edilməsi istiqamətində mühüm vəzifələrdən biridir. Bu gün Azərbaycanın qarşısında dayanan yeganə problem torpaqlarımızın işğal altında qalmasıdır.
Əgər beynəlxalq münasibətlər sistemində ikili standartlar hökm sürməsəydi və Ermənistan ayrı-ayrı siyasi mərkəzlər tərəfindən himayə olunmasaydı, Azərbaycan işğal altında olan ərazilərini çoxdan azad etmişdi.
Danışıqlar prosesinin nəticəsiz qalmasına rəğmən Azərbaycan torpaqlarımızın işğaldan azad edilməsi üçün istər siyasi-diplomatik, istərsə də iqtisadi və digər sahələrdə genişmiqyaslı iş aparır.
Bu məsələdə əsas fəaliyyət istiqamətlərindən biri Ermənistanın işğalçı siyasətinin beynəlxalq miqyasda ifşasına nail olmaqdır.

Şərhlər

XƏBƏR LENTİ