Erməni deputatlar Milli Məclisdə
Milli Məclisdə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə "Şərq Tərəfdaşlığı" ölkələri parlamentlərinin cəlb edilməsi” mövzusunda konfrans başlayıb.
Konfrans Milli Məclis, "Avronest" Parlament Assambleyasının (PA) Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyətləri komitəsi, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumu və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı ofisinin birgə təşkilatçılığı ilə keçirilir.
Konfransda çıxış edən MM-in "Avronest" PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradov bildirib ki, tədbirdə qadınların sağlamlığının yaxşılaşdırılması və gender bərabərliyi üzrə qeydə alınan inkişaf göstəriciləri, qarşıya çıxan problemlər ətrafında çıxışlar və müzakirələr nəzərdə tutulur.
F. Muradov bildirib ki, Ermənistan 25 ildir, Azərbaycanın torpaqlarını işğal altında saxlayır: “Bu bizim inkişafımıza mane olan səbəblərdəndir. 1 milyon insan qaçqın və məcburi köçkündür. Onlardan 50 faizini qadın, 5 faizini isə uşaqlar təşkil edir. Bizim məqsədimiz dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində hər bir təşkilatın öz vəzifəsini yerinə yetirməsidir”.
Konfrans çıxışlarla davam edir.
Qeyd edək ki, tədbirdə Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan da iştirak edirlər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...