Ərdoğandan Qarabağ xəbərdarlığı: «Qlobal münaqişəyə çevrilə bilər»
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsindən danışıb. Dövlət başçısı BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən 72-ci sessiyasında problemin beynəlxalq münaqişəyə çevirilə biləcəyini deyib.
Ərdoğan qeyd edib ki, Cənubi Qafqazdakı Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli üçün beynəlxalq ictimaiyyət daha çox səy göstərməlidir:
"Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpası bölgədə sülhün bərqərar olması üçün əsas şərtdir. Bu gün məhəl qoymadığımız hər bir münaqişənin, sabah regional, hətta qlobal münaqişəyə çevrilə bilmə ehtimalını unutmamalıyıq".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək