Pelleqrini: Baş Qərvənd kəndindəki məktəb Slovakiya və Azərbaycan dostluğunun simvolu olacaq
Ağdam rayonunun Baş Qərvənd kəndində inşa ediləcək general Milan Rastislav Ştefanik adına yeni məktəb Slovakiya və Azərbaycan arasında dostluğun simvolu və gələcək nəsillərə qoyulan investisiya olacaq.
Bu barədə Slovakiya Prezidenti Peter Pelleqrini "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Baş Qərvənd kəndindəki "Ağıllı kənd" ("Smart Village") layihəsindən danışan Pelleqrini onu regionun bərpasının "ən ilhamverici simvollarından" biri adlandırıb:
"Mən fəxr edirəm ki, Slovakiya təcrübəsi artıq daha parlaq gələcəyin yaradılmasında mühüm rol oynayır və Slovakiya şirkətləri bu iddialı layihənin həyata keçirilməsinə böyük töhfə verirlər".
O qeyd edib ki, layihə müasir infrastruktur və innovativ həllər sayəsində dinc həyata təhlükəsiz, layiqli və davamlı qayıdış üçün şərait yaradır:
"Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə biz həmçinin general Milan Rastislav Ştefanikin adını daşıyacaq yeni məktəbin təməl daşını qoyduq - bu, Slovakiya və Azərbaycan arasında dostluq rəmzi və gələcək nəsillərə sərmayə olacaq".
P.Pelleqrini vurğulayıb ki, bu layihə Slovakiyanın bilik və təcrübəsinin praktikada tətbiqini nümayiş etdirir.
O əlavə edib ki, Slovakiya şirkətləri baxışı reallığa çevirməyə kömək edir və yerlərdə konkret nəticələr təmin edir.
P.Pelleqrini bunu Slovakiya və Azərbaycanın strateji tərəfdaşlığının əməli nümunəsi adlandırıb.

Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Ələsgər Rüstəmovla Nizami Mayılovun TORBA əməliyyatı - Qanunsuz tikintilərlə icra başçısına qurulan gizli oyun - ARAŞDIRMA
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib