XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » Həsən Zeynalov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

Həsən Zeynalov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

Həsən Zeynalov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
30-12-2025, 17:00

Azərbaycan Prezidenti İlham Əliyev Həsən Sultan oğlu Zeynalov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı sənədə əsasən, H.Zeynalov bu ordenlə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, yanvarın 1-də H.Zeynalovun 75 yaşı tamam olacaq.

O, Azərbaycanın Türkmənistan və Əfqanıstanda diplomatik missiyasına rəhbərlik edib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.