SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?

İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?

Tarix:

24-04-2024, 16:39

/ 477 dəfə oxundu.
İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?

Ermənistan regionda təklənir. Yarıtmaz xarici siyasət və xəstə təfəkkür Ermənistanı dalana dirəyib. Artıq heç bir dövlət Ermənistana etibar etmir, onunla strateji tərəfdaş olmaq istəmir. Xüsusilə də Qərbin Ermənistana son yanaşmalarında xeyli tərəddüdlər görürük.

Bəs, Ermənistan niyə təklənir?

Bunun tək səbəbi ermənilərin iddiaları ilə imkanlarının üst-üstə düşməməsidir. Nəzərə alaq ki, Ermənistanın xarici siyasətində heç zaman balans gözlənilməyib. Ermənilər ancaq xəstə təxayüllərinin doğurduğu iyrənc ideyalarla hərəkət ediblər. Bu gün də həmin proses davam edir. Çünki ermənilər üçün müqəddəs heç nə yoxdur. Onlar özlərini dünyanın ən ağıllı və ari adamları hesab edirlər.

Ən pisi də odur ki, bu sərsəm iddianı heç gizlətmirlər də. Bu cür xəstə təfəkkürlü insanlarla da heç kim yol yoldaşı olmaq istəmir. Üstəlik, ermənilər istənilən zaman ən yaxın tərəfdaşına belə xəyanət etmək xüsusiyyətlərinə malikdirlər. Bu fikrin sübutu üçün çox da uzağa getmək lazım deyil.

Rusiya tarix boyu ermənilərə sahib çıxıb

Son 200 ildə dünyanın müxtəlif ölkələrindən ermənilər rusların dəstəyi ilə Cənubi Qafqaza gətirilib. Qədim Azərbaycan torpaqlarında yurd-yuva qurublar. Nəhayət, 100 il qabaq məhz rusların dəstəyi ilə Azərbaycan torpaqlarında ilk Ermənistan dövləti yaradılıb. Daha sonrakı illərdə Ermənistandan bir milyona yaxın azərbaycanlı deportasiya edilib. Beləcə, bir erməni dövlətinin yaranması və ayaqda qalması üçün ruslar hər şeyi edib.

Bütün bunlardan sonra Ermənistan ilk fürsətdəcə Rusiyaya xəyanət etdi. Qərbə sığındı. Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə Ermənistan açıq şəkildə Rusiyadan üz çevirdi. Baxmayaraq ki, son 30 ildə Ermənistanın dövlət büdcəsi də Rusiyanın iqtisadi yardımları ilə formalaşırdı.

Təsadüfi deyil ki, hər ilin avqust-sentyabr aylarında Rusiyanın baş naziri və yaxud onun müavini İrəvana gəlir, yerli hökümətlə növbəti ilin büdcəsini müzakirə edirdi.

Sonuncu dəfə isə Rusiyanın baş naziri Mixail Mişustin 2021-ci ilin 24-25 avqust tarixlərində Ermənistana səfər etdi. Paşinyandan incik düşən Mişustin hökumət evinə yox, qaldığı oteldə görüşlər keçirdi, müzakirələr apardı. 

Rusiya Ermənistanın 2022-ci il üçün dövlət büdcəsinə öz yardımını etdi. Lakin 2022-ci ilin fevralında Ukrayna ilə müharibəyə başlayan Rusiya Ermənistana yardımlarını azaltdı. Hətta 2023-cü ilin büdcəsinin müzakirələrinə Rusiyadan heç kim qatılmadı. Bunu görən Paşinyan açıq şəkildə Rusiyadan üz çevirib, Qərbə meyilləndi.

Paşinyan əslində inteqrasiya adıyla Qərbdən büdcə kəsirlərini ödəmək üçün yardım istəyirdi.

Amma erməni baş nazirin siyasi yetkinliyi olmadığı üçün o, Qərbin mahiyyətini anlamadı. Necə deyərlər “qaş düzəltdiyi yerdə göz çıxardı”. Paşinyan ikili oyun oynayaraq Qərblə Rusiyanı üz-üzə qoymağa çalışdı. Bununla da ruslar demişkən “kto bolşe” kartını ortaya atdı. Təbii ki, nə Qərb, nə də Rusiya kiminsə payladığı kartla oynayası deyildi. Bu vəziyyətdə Rusiya Ermənistana “stavka” etmədi, geri çəkildi. Qərbsə Paşinyana pul yox, ümid verdi.

Qərb verməyə yox, almağa öyrəşib.
 
İndiki halda isə Ermənistanın Qərbə verəcəyi heç bir iqtisadi potensial yoxdur. Olsa-olsa Ermənistan öz ərazisini Qərbin hərbi poliqonuna çevirə bilər. Bu da bir qədər maraqlı görünsə də, Qərb üçün o qədər də cəlbedici deyil. Çünki Qərbin Ermənistana verə biləcəyi, Ermənistandan almaq istədiyindən qat-qat artıqdır.

Belə şəraitdə isə Qərb Ermənistan üçün heç zaman tərəfdaş ola bilməz. Olsa-olsa maşa olar. Üstəlik, Paşinyan Kremldən üzülsə də, hələ də Ermənistan çox dərin sosial-iqtisadi əsaslarla Rusiyaya bağlıdır. Bu bağı qopratmağa isə nəinki Paşinyanın, heç Qərbin də gücü çatmaz. Çünki Ermənistan Rusiyadan qopsa, məhvə məhkumdur.

Qərb Paşinyana ancaq vəd verir
 
Təbii ki, bunu Qərb də yaxşı bilir. Ona görə də Qərb Paşinyanla sadəcə olaraq məzələndi. Ən yaxşı halda Qərb Paşinyana hakimiyyətdə qalma təminatı verə biləcəyini dedi. Nəhayət, 5 aprel Brüssel görüşündə aydın oldu ki, Qərb Ermənistana görə heç region dövləti ilə də münasibətləri korlamaq istəmir. Təsadüfi deyil ki, Brüssel görüşü ərəfəsində ABŞ dövlət katibi və Aİ prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib izahat verdilər. Sonda isə Paşinyan Brüssel görüşündən əliboş döndü.

İndi isə Paşinyan Moskva səfərinə hazırlaşır. Bu səfər daha çox tövbə qapısına gedişə bənzəyir. Amma rəsmi Moskvanın Paşinyanın tövbəsini qəbul edəcəyi də sual altındadır. Ən azı yaxın müddətdə Rusiya Ermənistana yaxşı heç nə vəd etməyəcək. Çünki artıq Qərb kimi Rusiya da Ermənistana inanmır. Bu inamsızlığınsa səbəbləri çoxdur. Amma biz tək bir faktın üzərində dayanmaq istəyirik.

Ermənistana Qərbə can atır, Rusiyaya naz edir. 

Bununla paralel üçüncü-dördüncü dərəcəli dövlətlərlə ittifaq edir. Ermənistan Yunanıstan, Hindistan və İranla ciddi iş birliyindədir. Qərbdən və Rusiyadan aldığı maliyyə yardımları hesabına Paşinyan höküməti Yunanıstandan, Hindistandan və İrandan hərbi sursat alır. Təbii ki, bu da nə Qərb, nə də Rusiya üçün xoş mənzərə yaratmır. Artıq heç bir ölkə Ermənistan ciddi tərəfdaş kimi baxmır.

Bəzi dövlətlər ən yaxşı halda Ermənistandan konkret məqsədlər üçün maşa kimi istifadə etmək istəyir. Bu cür yanaşma isə Ermənistana yaxşı heç nə vəd etmir.

Bu gedişlə Ermənistan üçün iki yol görünür. Birinci yol odur ki, Ermənistan yenidən Rusiyaya sığınıb, öz mövcudluğunu qoruya bilər. İkinci yolsa çox qaranlıqdır. Qərblə ikibaşlı oyun oynamaq istəyən Ermənistan sonda bir dövlət kimi məhv ola bilər. Müstəqil siyasət yürütməksə nə ermənilərin qafasına görə deyil, nə də buna Ermənistanın iqtisadi imkanları yol vermir.

Bizim.Media

Şərhlər

XƏBƏR LENTİ