SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Hadı Rəcəblinin 2017-də “gül” vurdu: “Oqtay Əsədov, yalvarırıq, bu adamı susdurun”

Hadı Rəcəblinin 2017-də “gül” vurdu: “Oqtay Əsədov, yalvarırıq, bu adamı susdurun”

Tarix:

28-01-2017, 00:34

/ 2 276 dəfə oxundu.
Hadı Rəcəblinin 2017-də “gül” vurdu: “Oqtay Əsədov, yalvarırıq, bu adamı susdurun”

Ötən ilə damğasını vuran və yaddaşlarda qalan, ilin “deputatı” seçilən Hadı Rəcəbli 2017-yə də orijinal giriş verdi. Millətin vəkili olan H.Rəcəbli həmkarları Hüseynbala Mirələmovla Astan Şahveridiyevi də qabaqladı.

Lənkəranlı deputat bu dəfəki çıxışı ilə “gül” vurdu, “qaş düzəltdiyi yerdə, göz çıxardı”.

Buna qədər şəhid ailələrinə verilən müavinətlərin çox olduğunu söyləyən, amma yeri gəldi-gəlmədi deputat maaşından şikayətlənən H.Rəcəblinin bu paradoksal çıxışlarının davamı məcburi köçkünlərə ilişmək oldu.

H.Rəcəbli onların qeydinə qalmaq və sosial hüquqlarını müdafiə etmək, yeni vahid müavinət barədə üstübəzək, kosmetik, korrektə olunmuş açıqlama vermək yerinə qaçqınları aşağılayan, onları qıcıqlandıran, dövlət rəhbərliyinin üstünə qaldıran çıxışlar etməkdədir.

Sitat: “Biz məcburi köçkünlərin yaşadıqları evlərə gedirdik. Onlar işıq sperallarından isifadə edirdilər. Sonra isə pəncərəni açıq qoyurdular”.

Onun sözlərinə görə, bu sənəd bəzi neqativ halların qarşısını almağa xidmət edəcək, həm də ünvanlılığı təmin edəcək: “Bundan əvvəl vəsait ümumilikdə işıq, qaz idarələrinə ayrılırdı. Bu məsələyə diqqət yetirmək çətin olurdu.

Orada da problemlər olurdu. 20 manat yeməkpulu, 15 manat isə enerji resursları ilə bağlı vəsait idi. İndi 36 manat adambaşına nəzərdə tutulub. Bu rəqəmin özü də məqbuldur. Bu, eyni zamanda qənaətcilliyə həvəsləndirəcək”.

H.Rəcəbli vaxtaşırı belə qıcıq doğuran çıxışları ilə məcburi köçkünlərlə hakimiyyəti üzbəüz qoyur.

Hökumət bu həssas qərarla bağlı maksimum təmkinli davranır, qaçqınları narazı salmamağa çalışır. Millət vəkili isə “piletka yandırıb, pəncərəni açırlar” deməklə köçkünləri qızışdırır.

Artıq o vəziyyət çatıb ki, spiker Oqtay Əsədov Hadı Rəcəbliyə moratorium qoysun, ona danışmağı qadağan eləsin - 2020-ci ilədək. Daha sonra mandat müddəti bitir və H.Rəcəbli bir daha deputat olmayacaq.

Bir qrup məcburi köçkünün redaksiyamıza məktubunda da spikerdən deputatla bağlı ölçü götürülməsi xahiş olunur:

“Cənab Oqtay Əsədov, bir zamanlar qeyri-hökumət təşkilatına rəhbərlik etməklə qaçqınların vəsaitlərini mənimsəyən, indi Lənkəranı ələ alan, özünə və ailəsinə, oğullarına varidat qoyan, biznes şəbəkəsinin ucu-bucağı olmayan Hadı Rəcəblini durdurun.

Xahiş edirik, yalvarırıq, ona “sus” əmrini verin. Artıq bu adam millət vəkili yox, katalizator kimi özünü aparır.

Xalqın dərd-sərinə yanmaq əvəzinə insanları qıcıqlandırır. Məgər bilmir ki, 6 min qaçqın ailəsi 36 manatla yaşaya bilməz?

Bilmir ki, 36 manata 1 kilo ət və 2 kilo yağ almaq olar. Hadı Rəcəbli saatına 36 manat xərcləyir. Onun övladlarının sürdüyü maşınların puluna köçkünlərin 1 illik işıq və qaz pulunu ödəmək olar.

Lənkərandakı “Palıdlı sahil” və “Mayak” restoranlarını satmaqla köçkünlərin 1 illik su və çörək təminatını ödəmək mümkündür. Amma hər zaman deputat maaşından şikayət edən Hadı Rəcəbli 36 manatın münasib rəqəm olduğunu deyir”.

Köçkünlər əlavə ediblər: “Bu həyasız açıqlama azmış kimi, köçkünləri qızışdırır, guya pəncərəni açırlar. Öz lüks həyatını quran, övladlarına var-dövlət qoyan Hadı Rəcəbli köçkünlərdən, şəhid ailələrindən nə istəyir?

Nə vaxta qədər bu adam bizi təhqir edəcək? Hörmətli spiker, xahiş edirik, bu adamı dayandırın, bir sussun. Yoxsa parlamentin qabağında nə vaxtsa mitinq olacağına heç bir zəmanət yoxdur”.

Müəllimlərə daş daşımağı məsləhət görən, Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədrindən köçkünlərlə bağlı belı bir çıxış gözlənilirdi. Niyə Qarabağ əlilinə dərman, nəqliyyat pulsuz olmalıdır ki?! deyən də Hadı Rəcəbli olub.

Bu deputatın yurdundan didərgin düşən, valideynlərinin məzarı düşmən tapdağında qalan, canını vətən üçün fəda edən insanlara bu münasibətinin səbəbi hardan qaynaqlanır?

Bəlkə Şəkidə katib olduğu dövrdə əhali tərəfindən qovulmasının aqressiyası qalıb və acığını qaçqınlardan çıxır?!

Şərhlər

XƏBƏR LENTİ