Əsrin bəlasına birlikdə qalib gələk!
- 8-05-2020, 17:15
- 13 245
Bu baxımdan Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyi sistemi daim təkmilləşdirilməsi, bu istiqamətdə düşünülmüş, ölçülüb-biçilmiş addımlar atması və ilk növbədə xalqın və dövlətin maraqları, milli mənafeləri nəzərə alması çox məqsədəuyğundur. Sadaladığımız bu xidmətlərə bariz nümunə olaraq qeyd edək, bu yaxınlarda Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin Azərbaycan Respublikasının yeni Baş Prokuroru vəzifəsinə təyin edilməsi Azərbayanda dövlət quruculuğu məsələlərinə, həqiqətən də, demokratik, hüquqi baxımdan yanaşıldığı bir daha təsdiqləndi. Qanunverici orqanın rolunun cəmiyyətin, dövlətin idaredilməsində artırılması faktının tarixi köklərlə bağlı olması ilə yanaşı, həm də Ulu Öndərin əsasını qoyduğu islahatların davamı kimi də təqdirəlayiqdir.
Prezidentin xalqa ehtiyacı olduğu bir vaxtda, pandemiyaya qarşı mücadilə aparıldığı bu mürəkkəb dövrdə hamı, xüsusilə də, ziyalılar, biz təhsil işçiləri ona arxa olmalı, onun uzaqgörən siyasətini dəstəkləməliyik. Rəhbərlik etdiyim məktəbin kollektivi ilə keçirdiyimiz onlayn görüşlərdə dəfələrlə bu məsələlər müzakirə edilmişdir. Bir rəhbər olaraq istər müəllim kollektivi, istərsə də valideyn-şagird kontingenti ilə aparılan söhbətlərdə ölkəmizdəki mövcud vəziyyəti onlara düzgün ifadə etməyi özümə borc bilirəm. Hal-hazırda virtual məktəblə yanaşı, müxtəlif proqlamlarla şagirdlərin təhsildən geri qalmaması üçün əlimizdən gələni əsirgəməməyə çalışırıq. Bu gün COVİD-19 pandemiyasının bütün dünyada tüğyan etdiyi, yüz minlərlə insanın həyatını itirdiyi, sosial və iqtisadi həyatın çox ciddi təsirlərə məruz qaldığı bir vaxtda xalqın düzgün maarifləndirilməsinə, Azərbaycanımıza ləkə gətirəcək heç bir mənfi əməllərə yol verilməməsinə çalışmalıyıq.
Nərimanov rayonu 258№li tam orta məktəbin direktoru Sədaqət Hüseynova