SON DƏQİQƏ
XalqXeber.Az » Köşə » Xoşbəxt olmağınız üçün başqalarına ehtiyacınız varmı? - TEST

Xoşbəxt olmağınız üçün başqalarına ehtiyacınız varmı? - TEST

Tarix:

28-02-2017, 13:32

/ 3 245 dəfə oxundu.
Xoşbəxt olmağınız üçün başqalarına ehtiyacınız varmı? - TEST

Hər kəs həyatda xoşbəxt olmaq istəyir və hər kəsin xoşbəxtlik anlayışı da fərqlidir. Kimisi xoşbəxtliyi ailəsində görür, kimisi sahib olduğu ən kiçik uğurla xoşbəxt olur, kimisi xoşbəxtliyi sevgidə tapdığını deyər. Bəs, xoşbəxt olmaq üçün kiməsə və ya nəyəsə ehtiyacımız varmı? Bu suala cavab tapmaq üçün testi siz də yoxlayın..

1. Dostlarınız çoxdur?
a- dost çox ola bilməz (5bal)
b- hə, çoxdur (10 bal)...
c- azdır, tanışlarımsa çoxdur (15 bal)

2. Mağazaya kiminlə gedirsiz?
a- anam və ya ən yaxın rəfiqəmlə(və ya dostumla) (5 bal)
b- təbiiki tək,mən ancaq öz zövqümə güvənirəm (10 bal)
c- getməsəm də olar, mənə paltarı vlideynlərim də seçə bilər (15 bal)

3. Asudə vaxtınızda siz.....

a- internetdə otururam (5 bal)

b- təzə paltarlar və ümumi tanışlarımızı müzakirə etmək üçün ən yaxın rəfiqəmə və ya dostuma zəng edirəm(10 bal)

c- dostlarımla birgə kafeyə, restorana və ya əyləncə kompleksinə gedirəm (15 bal)

4.Sevgilinizin sizdən daha qəşəng olduğunu və sizin yaraşmadığınızı eşitsəniz, reaksiyanız necə olar?
a- çox normal, sevinərdim ki, mənim belə zövqüm var (5 bal)
b- depresiyaya düşərəm, axı bu doğrudursa, mən onu itirə bilərəm (10 bal)
c- bu mümkün deyil, çünki mən özümdən qəşəngini sevə bilmərəm (15 bal)

5. Bu həftə sonunu harada keçirmək istərdiniz?
a- təkcə, hardasa təbiət qoynuna gedib dincələrdim (5 bal)
b- ailəmlə birlikdə, büdcəmizə müvafiq olan bir yerdə (10 bal)
c- dostlarımla bir yerdə, şəhərdən kənarda (15 bal)

6. Ən yaxın rəfiqənizin (və ya dostunuzun) ailə qurması xəbərini necə qarşılayarsınız?
a- sevinərdim, o buna layiqdi, təcili paltar almaq lazımdı (5 bal)
b- eeee, bu necə olur, onu bəyəndilər, bəs mən????? (10 bal)
c- pulun yox vaxtında bu mənə lazım idi??!! (15 bal)

7. Küçədə sizə tanış olmaq məqsədilə yaxınlaşırlarsa,siz.....
a- ona sakitcə qulaq asaram, sonra fikrimi bildirərəm (5 bal)
b- özümü karlığa vuraram (10 bal)
c- hardadı məndə o bəxt?! (15 bal)

8. Qonaqlarınızın gəlişini eşidirsiniz, amma evdə təksiniz....
a- cox sevinərəm, onları böyük məmnuniyyətlə, qarşılayaram (5 bal)
b- onlara zəng edib, evdə heçkəsin olmadığını bildirərəm (10 bal)
c- təcili olaraq anama (ya atama) zəng edərəm ki, qayıtsınlar evə (15 bal)

9. Sizi məktəbdən (işdən və ya universitetdən) qovmaq istəyirlər, bu xəbəri ilk olaraq kimlə bölüşərsiz?
a- öncə anamla, axı atamı yola gətirməkdə o mənə yardımçı olur (5 bal)
b- atamla, çünki gec-tez o bunu bilməlidi (10 bal)
c- rəfiqəm (və ya dostumla), axı o mənə düzgün yol göstərə bilər (15 bal)

10. İnternet vasitəsilə dost olduğunuz bir insana sirrlərinizi etibar edersiniz?
a- hə edərəm, əgər o özünü doğruldubsa,,, (5 bal)
b- yox etmərəm, axı onu heç görməmişəm (10 bal)
c- baxır kimə (15 bal)

Beləcə, indi isə topladığınız xala uyğun olaraq görün sizə xoşbəxt olmaq üçün kimsə lazımdırmı?


NƏTİCƏ

50- 80 bal- XOşbəxt olmağınız Üçün sizə özünüzdən başqa heç kəs lazım deyil.Tənha qalmaq və ondan zövq almağı bacarmaq faydalıdır. Bu sizə özünüzə qulaq asmaq, nəyin çatışmadığını, nəyə can atmaq və nədən yaxa qurtarmaq lazım olduğunu başa düşmək imkanı verir.

80 -120 bal- Xoşbəxtliyinizin düsturu bir-birilə səmimi olaraq maraqlanan insanlardır. Sevdiyiniz insana özünü bütünlüklə həsr etməkdə pis heçnə yoxdur. Amma həyatınızdakı stabilliyi pozun, daim yeni tanışlar qazanmağa çalışın.

120-150 bal- insanlarla ünsiyyətə girmək sizinçün çox vacibdir. Yalnız çoxlu tanışlar şəbəkəsi formlaşdırmaq və saxlamaqla özünüzü rahat hiss edəcəksiniz. Amma unutmayın ki, ünsiyyətdə kəmiyyətlə yanaşı keyfiyyət də vacibdir..Uzunmüddətli və dərin əlaqə qurmağa çalışın.

Şərhlər

XƏBƏR LENTİ