
Azərbaycan Respublikası və Vyetnam Sosialist Respublikası arasındakı dostluq və əmkdaşlıq münasibətləri 1959-cu ildən bu yana 66 ildir ki, davamlı və qarşılıqlı faydalı əlaqələr əsasında davam etidirilir. İki ölkə arasında mövcut olan tarixi dostluq, tərəfdaşlıq münasibətləri əlamətdar səfərlərlər nəticəsində ölkələrimiz arasında əməkdaşlığın inkişafına öz töhfəsini verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci il mayın 6-da Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə verdiyi müsahibəsi zamanı bildirib ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib. Ulu Öndərin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi quruculuq işlərində Vyetnam xalqına dəstək verməsi bu gün də Vyetnamda minnətdarlıqla xatırlanır. Ölkə başçısı müsahibəsi zamanı onu da vurğulayıb ki, cənab Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfəri iki dövlət arasında münasibətlərdə yeni səhifə açdı və onların gələcək inkişafına təkan verdi. Çıonq Tan Şanqın səfəri çərçivəsində rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirildi.
Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Prezident İlham Əliyev İqtisadi-ticari münasibətlərdən danışarkən qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlıq təkcə iqtisadi artımı stimullaşdıracaq deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq, bununla da öz növbəsində iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları mövcuddur. Eyni zamanda Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm proqramlarının inkişafı ilə paralel surətdə iki ölkənin vətəndaşlarının bir-birinin mədəniyyətinə və tarixinə marağının artmasına kömək edəcək. Müştərək mədəniyyət layihələrinin intensivləşdirilməsi, səhiyyə və ekologiya sahələrində humanitar missiyalarla bağlı proqramların və birgə təşəbbüslərin inkişafı – bütün bunlar ölkələrimiz üçün qarşılıqlı maraq doğuran istiqamətlərdir. Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafının nəticəsidir ki ,2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. Sözsüz ki, bizim bu göstəricini gələcəkdə də artırmaq üçün potensialımız mövcuddur.
Ölkə başçısı İlham Əliyevin 2014-cü ildə Hanoya səfərim zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüş oldu, onlar ölkəmiz və burada keçirdikləri illərlə bağlı səmimi sözlər ifadə etdilər. 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edildi. 2024-cü ildə Bakıda əsgərlərin Vyetnam müharibəsində qəhrəmanlığına həsr edilmiş “Əfsanə yaradanlar” filminin nümayişi oldu. Həmin il paytaxt Bakıda Vyetnam Lideri Ho Şi Minin Azərbaycana səfərinin 65 illiyi münasibətilə Vyetnam Günləri keçirildi.
Bu gün ölkəmizdə qarşılıqlı hörmət və ehtirama əsaslanan siyasət yürüdülür. Uğurlu siyasət nəticəsində dünya dövlətləri ilə əməkdşlığımız sürətlə inkişaf edir. Azərbaycan və Veytnam arasında Neft sahəsində əməkdaşlığımız möhkəm tarixi təmələ əsaslanır – çünki Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar. Təsadüfi deyil ki, 1981-ci ildə Sovet İttifaqının köməyi ilə yaradılan “Veso Petrol” müştərək müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olub. 1955-ci ildə Azərbaycan bəstəkarı Qara Qarayev Vyetnam müharibəsi haqqında ilk sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı bəstələyib, onun premyerası 2023-cü ildə Hanoyda olub. 1959-1962-ci illərdə Prezident Ho Şi Minin dəvəti və sovet hökumətinin təklifi əsasında azərbaycanlı rejissor Əjdər İbrahimov Vyetnamda kino məktəbinin yaradılmasında fəal iştirak edib, orada ustad dərsləri keçib və üç film çəkib. O, bu xidmətlərinə görə Vyetnam Sosialist Respublikasının ali “Əmək” ordeni ilə mükafatlandırılıb.
Prezident İlham Əliyev müsahibə zamanı iki ölkə arasında münasibətlərin hər bir aspektinə toxunaraq, inkişafın nəinki iqtisadi sahədə, eyni zamanda mədəniyyət, humanitar və təhsil sahələrində də müsbət dinamikasını vurğulayıb.
Müasir dövrdə Prezident İlham Əliyev Azərbaycanın dövlət siyasətini dünya dövlətlərinin siyasəti ilə uzlaşdırır, konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan siyasi xətt yürüdür. Rəsmi səfərlər ölkəmizin ikitərəfli münasibətlərinin inkişafına əhəmiyyətli töhfələr verir. Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün Azərbaycanın təklif etdiyi qrantlar və təqaüdlər çərçivəsində təhsil proqramlarından istifadə edə bilərlər. Bu, akademik mübadilə, elmi tədqiqatlar və Azərbaycanla Vyetnam arasında şəxsi təmasların möhkəmləndirilməsi üzrə imkanları yaxşılaşdıracaq. Mübadilə proqramlarının reallaşdırılması, həmçinin elmi-texniki sahədə əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafı üçün daha bir perspektivli istiqamətə çevrilə bilər.
Samirə Hüseynova
Şirvan şəhər E.Imanov adına 10 nömrəli tam orta ümumtəhsil məktəbin Uşaq Birliyi Təşkilatının Rəhbəri.
Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının 11 saylı ərazi partiya təşkilatının sədri