XalqXəbər.Az

Məmur biznesmenlər dövləti necə aldadır? - Açıqlama

yüklənir...
Məmur biznesmenlər dövləti necə aldadır? - Açıqlama
23-08-2019, 12:05
yüklənir...

“Böyük biznes obyektlərinin mütləq əksəriyyəti əlavə dəyər vergisinə cəlb edilməmək üçün bizneslərini çoxsaylı şirkətlər arasında bölürlər. Elə həmin şirkətlər də normal vergi ödəmirlər”.
Bu barədə bizimyol.info-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib.

O, deyib ki, Vergirlər Nazirliyinin keçmiş rəhbərliyi gizli iqtisadiyyata göz yumub: “Yeni rəhbərliyin gizli iqtisadiyyata qarşı mübarizə aparması təqdirə layiqdir”.

Ekspert hesab edib ki, “Relaks” istirahət və turizm mərkəzində nəzarət tədbirlərini həyata keçirmək üçün bura gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşməsinin ajiotaj yaratması müsbət haldır: “Hamının gözü qarşısında vergidən kobud şəkildə yayınmaq gülməlidir. Ümid edirik ki gizli iqtisadiyyatla məşğul olan biznes obyektlərinin sahibləri nəticə çıxaracaqlar.

Ümumən, dünyadan vergilərin optimallaşdırılması təcrübəsi var. Yəni vergini az ödəmək üçün biznesini fərqli şəkildə təşkil etməyə çalışırlar. Vergi Məcəlləsində bu və bu kimi məsələlər nəzərə alınıb. Yəni sənin biznes strukturun açıq-aşkar biznesdən yayınmaq üçündürsə, təbii ki bu yolverilməzdir. Vergi biznes obyektindən tutulmalıdır.

Amma bu halda görürük ki, Milli Məclisin deputatı İqbal Məmmədovun ailə üzvləri qanunun tələbini pozursa, biz ondan daha nə gözləyə bilərik? Amma “Relaks” istirahət mərkəzi ilə bağlı görülən tədbirlərdən sahibkarlar nəticə çıxaracaqlar, onlar qanunun tələblərinə əməl edəcəklər”.

Hüquqşünas deyib ki, əksər restoranlar və hotellər “Relaks” kimi işləyirlər: “Onlar da gizli iqtisadiyyatla məşğuldurlar. Əksər restoran və hotellər əlavə dəyər vergisinə cəlb edilməmək üçün bizneslərini çoxsaylı şirkətlər arasında bölüblər”.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.