DTX İmişlidə başçı ilə yanaşı daha bir neçə məmuru da HƏBS EDİB

DTX İmişlidə başçı ilə yanaşı daha bir neçə məmuru da HƏBS EDİB İmişli Rayon İcra Hakimiyyətinin (RİH) başçısı saxlanılıb.

Oxu.Az-ın məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı İmişli RİH başçısı Vilyam Hacıyev saxlanılaraq, Bakıya gətirilib.

RİH başçısının birinci müavini Səfa Ağayev də əməliyyat çərçivəsində tutulub.

***
Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının İmişli Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı bir neçə vəzifəli şəxsin saxlanıldığı bildirilir.

Bu barədə Modern.az-a İmişli Rayon İcra Hakimiyyətindəki mənbələr məlumat veriblər. Günün sonunda rəsmi məlumatın yayılacağı qeyd olunur.
Geri qayıt