Ailənin bütün üzvləri pomidordan zəhərləndi

Ailənin bütün üzvləri pomidordan zəhərləndi Biləsuvar rayonunda bir ailənin bütün üzvləri qidadan zəhərləniblər.

Rayonun Günəşli kəndində yaşayan 62 yaşlı Adil Əhmədov, həyat yoldaşı Mərifət Xasıyeva və onların övladları – 29 yaşlı Amil Əhmədov, 23 yaşlı Sevanə Əhmədova fevralın 1-də axşam yeməyi zamanı özlərinin sentyabr ayında evdə hazırladıqları pomidor turşusunu yeyiblər.

Onlar fevralın 2-si səhər saat 5 radələrində özlərini pis hiss edərək xəstəxanaya müraciət ediblər. Ailə üzvlərinə ilkin tibbi yardım göstərildikdən sonra Bakıda yerləşən Kliniki Tibbi Mərkəzə göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.
Geri qayıt