YAP-çı təşkilat sədrinin evinə oğru girdi
Bakıda mənzildən oğurluq olub.
Hadisə paytaxtın Nəsimi rayonu, H.Seyidzadə küçəsində qeydə alınıb.
Həmin küçədəki evlərdən birində yaşayan Rəşad Göyüşovun mənzilindən 2 200 manat pul və 2 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Polis faktla bağlı araşdırma aparır.
Qeyd edək ki, Rəşad Göyüşov “Muğanbank”da çalışır. O, Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sədri, Binəqədi Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşovun oğludur.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək