Avtoxuliqanlıq edən şəxslər həbs EDİLDİ
Astarada avtoxuliqanlıq edən şəxslər həbs edilib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sutkanın qaranlıq vaxtında şəhər ərazisində özü və digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan, idarə etdikləri "VAZ" markalı avtomobillərlə sürət yarışı etməklə yol hərəkəti qaydalarını kobud şəkildə və dəfələrlə pozan sürücülər saxlanılıb.
Saxlanıldıqdan sonra onların Astara rayon sakinləri Vüqar Rüstəmov və Amin Heydərov olduqları müəyyən edilib.
Avtoxuliqanlıq hərəkətləri edən həmin şəxslərdən birinin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı, digərinin isə avtomobili etibarnamə olmadan idarə etdiyi məlum olub.
Barələrində inzibati qaydada protokollar tərtib olunaraq hüquqi qiymət verilməsi üçün Astara Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs 15 gün müddətində inzibati qaydada həbs edilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...