Tovuzda kütləvi dava: yaralılar var
Tovuz rayonunda kütləvi dava zamanı 1 nəfər bıçaqlanıb, bir neçə nəfər isə müxtəlif xəsarətlər alıb. Mübahisədən sonra hadisə yerindən uzaqlaşmaq istəyənlər isə avtomobil qəzasına düşüblər.
Axar.az Report-a istinadla xəbər verir ki, hadisə Tovuz şəhər ərazisində qeydə alınıb.
Çay evlərinin birinin qarşısında mübahisə edən tərəflərdən biri bıçaqlanıb. Daha sonra mübahisə edənlərdən bəziləri KİA markalı avtomobillə hadisə yerindən uzaqlaşan zaman avtomobil idarəetmədən çıxaraq yol kənarındakı traktora çırpılıb.
Avtomobil qəzası zamanı Əliyev Hüseyn, Tural Tağıyev, Sənan Məmmədov və Günay Babayeva müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır və ağır qiymətləndirilir.
Bıçaq xəsarəti alan şəxsin vəziyyəti isə orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...