Müdafiə etdiyi qadını təhqir edən vəkilə hökm oxundu
Lənkəranda fəaliyyət göstərən vəkillərdən biri məhkəmə qarşısına çıxarılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Lənkəran Rayon Məhkəməsində vəkil Çingiz Babayev barəsində xüsusi ittiham qaydasında şikayətə baxılıb.
Belə ki, vəkil kimi müqavilə bağlayaraq hüquqlarını müdafiə etdiyi, həm də qohumu olan qadın Ç.Babayevin onu təhqir etməsini bildirərək polisə şikayət edib.
Məlum olub ki, tərəflər mülki məsələ ilə bağlı əməkdaşlığa başlasalar da, sonradan qadın Ç.Babayevdən narazı olub və ondan şikayət edib. Bundan sonra Ç.Babayev onunla Lənkəranda görüşüb və digər insanların yanında təhqiramiz sözlər deyib.
Lənkəran Rayon Məhkəməsi vəkil Çingiz Babayevi Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsi ilə təqsirli bilib. Ona 1500 manat cərimə cəzası təyin edilib. Şikayətçinin mənəvi zərərlə bağlı tələbi isə baxılmamış saxlanılıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək