Bakıda icra başçısının köməkçisi intihar etdi - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Nizami rayon İcra Hakimiyyəti başçısının köməkçisi Rauf Mehdiyev intihar edib.
"Unikal" R. Mehdiyevlə bağlı bəzi məlumatlar əldə edib. R. Mehdiyev 2021-ci ildən Nizami rayon icra Hakimiyyəti Başçısının köməkçisidir. O, sabiq icra başçısı Arif Qasımovun dövründən köməkçi vəzifəsində çalışırdı və hazırki icra başçsı Coşqun Cəbrayılovun da köməkçisi idi.
R. Mehdiyev Suraxanı rayonu Hövsan qəsəbəsində əlillər üçün tikilmiş binada yaşayırdı. Onun intihar səbəbi ailəsinə də məlum deyil.
Qeyd edək ki, intihar edən köməkçi bu gün Abşeron rayonunun Məhəmmədi kəndində dəfn edilib.
Seymur Əli
xxx
12:56
Bakıda vəzifəli şəxs intihar edib.
Xalqxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, Nizami rayon İcra Hakimiyyəti başçısının köməkçisi Mehtiyev Rauf Məhi oğlu intihar edib.
O, gecə saatlarında özünü asaraq canına qəsd edib. R.Mehtiyevin hansı səbəbdən intihar etməsi bəlli deyil.
Faktla bağlı araşdırma aparılır. XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək