XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Hacı Şahinin ölümü prokurorluqda araşdırılır - Rəsmi

Hacı Şahinin ölümü prokurorluqda araşdırılır - Rəsmi

Hacı Şahinin ölümü prokurorluqda araşdırılır - Rəsmi
2-03-2023, 16:48

Məşədi Dadaş Məscidinin imamı Hacı Şahinin ölümü ilə bağlı araşdırma aparılır.

Bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, 1974-cü il təvəllüdlü Şahin Həsənlinin (Hacı Şahin) martın 2-də paytaxtın Yasamal rayonunda yerləşən evində ölməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, TƏBİB tanınmış ilahiyyatçının ürəktutmadan dünyasını dəyişdiyini açıqlayıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.