SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Saxta "qazidən" Prokurorluğa şikayət edildi - VİDEO

Saxta "qazidən" Prokurorluğa şikayət edildi - VİDEO

Tarix:

7-10-2022, 12:44

/ 612 dəfə oxundu.
Saxta "qazidən" Prokurorluğa şikayət edildi - VİDEO

"Ceyhun Məhərrəmov adlı şəxs sosial şəbəkələrdə, xəbər saytlarında özünü Vətən Müharibəsində iştirak edən və müxtəlif qəlpə yaraları alan şəxs kimi təqdim edərək, yalan ifadələr verib. Həmin yalan ifadəni yayan internet resursu ilə əlaqə saxladıq, xəbəri təkzib etməyə razı olduqlarını bildirdilər".

Bunu Bakupost.az -a açıqlamasında "Varis" Şəhid Ailələri və Qazilərə Qayğı İctimai Birliyinin sədri Ceyhun Ağayev bildirib.

"Aidiyyatı qurumlar onun haqqında araşdrıma aparıb Qarabağ qazisi olmadığını dəqiqləşdirməli və tədbirlər görməlidir.

C. Məhərrəmov 2001-ci ildə əsgər yoldaşının ehtiyatsızlığı ucbatından açılan atəş nəticəsində ağzından güllə yarası alıb və hərbi əlil kimi ehtiyata buraxılıb. Qazilər isə müharibə vaxtı Azərbaycanın ərazi bütövlüyünü qoruyan və xüsusi döyüş tapşırığını yerinə yetirən, döyüşlər zamanı yaralanan hərbi qulluqçulardır. C. Məhərrəmov isə ictimaiyyətdə özü haqda müsbət rəy yaratmaq, hansısa imtiyazlardan yaralanmaq məqsədilə özünü Qarabağ qazisi kimi qələmə verir. Bir İctimai Birlik də ona vəsiqə verib və həmin vəsiqədə onun statusunu "Qarabağ qazisi" kimi qeyd edib. Lakin həmin İctimai Birliklə əlaqə saxladıq, texniki səhv olduğunu və vəsiqənin ləğv ediləcəyini bildirdilər. C. Məhərrəmova dövlət tərəfindən verilən vəsiqədə hərbi xidmət vəzifələrini icra edərkən əlil olduğu qeyd olunub. Bu barədə araşdırma aparılması üçün Prokurorluğa müraciət edəcəyik. Əgər həmin şəxs yenidən sosial şəbəkələrdə özünü Qarabağ qazisi kimi təqdim etsə, barəsində ölçü götürülməsi üçün rəsmi qaydada şikayət verəcəyik. Çünki o, Qarabağ qazilərinin haqqını mənimsəyir".

Qeyd edək ki, artıq C. Məhərrəmov barəsində tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edilib. Belə ki, iki gün əvvəl 10-a yaxın Vətən Müharibəsi qazisi Baş Prokurorluğa gedərək, onun qazi olmadığını, saxtakarlıq edərək, özünü qazi kimi təqdim etdiyini bildiriblər.

Şərhlər

XƏBƏR LENTİ