ŞOK OLAY: Piyvəyə görə 25 illik qonşusunun.....
Sumqayıt sakini qonşusunun 42 manatını oğurladığına görə həbs edilib.
30 yaşlı şəhər sakini Mehman Əliyev (şərti soyad) yaşadığı binanın həyətində pivə içmək qərarına gəlib. İki butulka pivə içdikdən sonra isə pulu qurtarıb. O, 25 ildir eyni məhəllədə yaşadığı Azər Rzayevi pivə içmək üçün həyətə çağırıb. Azərə təklif edib ki, pivəni o alsın və birlikdə içsinlər. Lakin qonşu ona pivə almayacağını bildirib. Bu zaman Mehman Azərin şalvarının cibindən bir qədər kənara çıxmış pulqabını dartaraq qaçıb. İçindəki pulları götürdükdən sonra portmanatı yerə atıb. Marketdən 3 butulka pivə, 1 qutu siqaret, alışqan və çips alaraq içməyə davam edib.
Yolun kənarı ilə getdiyi zaman mülki geyimdə olan polislər onu saxlayaraq bölməyə aparıblar. Mehman bölmədə törətdiyi əməli etiraf edib.
Faktla bağlı cinayət işi başlanıb və Mehman Sumqayıt Şəhər Məhkəməsində mühakimə olunub. Azər məhkəmədə bildirib ki, əslində qonşusunu şikayət etmək istəməyib, həyat yoldaşı ondan xəbərsiz DİN-nin 102 xidmətinə məlumat verib. Məhkəmədə tərəflər barışdıqlarını bildiriblər.
Lakin hakim Mehman Əliyevin Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) maddəsi ilə təqsirli bilinməsinə qərar verib. Hökmə əsasən, təqsirləndirilən şəxs 6 ay müddətə azadlıqdan məhrum edilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...