Bir neçə sahibkar barəsində cinayət işi başlanıldı
Azərbaycanda bir neçə sahibkara cinayət işi başlanılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Azərbaycan Respublikası Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların ərizələri və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Ağdam, Ağcabədi və Siyəzən rayonlarının ərazisində qanunsuz qum-çınqıl hasilatı faktları ilə bağlı araşdırmalar aparılıb.
Ağdam rayonu ərazisində “Qarqarçay” qum-çınqıl yatağında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Elman Nəcəfova ayrılmış ərazidən kənarda, Ağcabədi rayonu ərazisində “Qarqarçay” qum-çınqıl yatağında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Əliş Əhmədova ayrılmış ərazidən kənarda, Siyəzən rayonu ərazisində “Gilgilçay” qum-çınqıl yatağında hüquqi şəxs - “Rivaes” MMC-nə ayrılmış ərazidən kənarda qanunsuz qum-çınqıl hasilatı işlərinin aparılmasının faktları aşkar edilib.
Fakt üzrə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək